Əsas Səhifə > Siyasət, Manşet > Fazil Məmmədovun Şəmkirdəki adamı yola salınır
Fazil Məmmədovun Şəmkirdəki adamı yola salınır7-09-2018, 10:08 |
DİA.AZ: - Hazırda Türkiyədə istirahətdə olan keçmiş Vergilər Naziri Fazil Məmmədovun kadrlarının "vurulma" prosesinə yenidən qayıdılır. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Bildirilir ki, keçmiş nazirin səhhətində yaranmış problemlərin ardından bir qədər səngimiş kimi görünən sözügedən hərəkətlənmə əslində Binəqədinin icra başçısı postundan Xaləddin İsgəndərovun uzaqlaşdırılmasının ardından davamlı olmalı idi. Mənbənin dia-az.life-a söylədikləri: "Xaləddin İsgəndərovla yanaşı Şəmkir və Qazaxın da rayon rəhbərləri dəyişdiriləcəkdi. Amma Fazil Məmmədov qəfil xəstələndi. Bununla o, çox şeyə nail oldu. Həm barəsində hüquqi araşdırmanın aparılması ilə bağlı olan təşəbbüsləri yatırtdı, həm də vəzifədə olan adamlarından bəzilərini qoruya bildi". Mənbə iddia edir ki, amma start düyməsi çoxdan basılan məlum dəyişikliklər aktuallığını itirməyib. "Yaxın günlərdə Şəmkir RİH başçısı Alimpaşa Məmmədov görəvdən alınır" deyən mənbə dia-az.life-a açıqlamasında onu da əlavə edib ki, prosesin davamı boyunca Qazaxda da rəhbər dəyişikliyi nəzərdə tutulub. Geri qayıt |