Əsas Səhifə > Siyasət, Manşet > Xaləddin İsgəndərovu adamı belə "torba tikirmiş"...
Xaləddin İsgəndərovu adamı belə "torba tikirmiş"...23-08-2018, 12:45 |
Binəqədi Rayon Məhkəməsində Binəqədi rayon İcra Hakimiyyətinin sabiq baş mühasibi işləmiş Əsədova Kəklik İzzət qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən K.Əsədovanın məhkəmə prosesinə hakim Rəşad Əliyevin sədrlik edir. Xatırladaq ki, ötən ilin dekabr ayında bir qrup müəllim Kəklik Əsədovadan Binəqədi RPİ-nə şikayət edib. Keçmiş icra hakimiyyətinin işçisi müəyyən məbləğ müqabilində ibtidai sinif müəllimlərinə ünvanlı sosial yardım vəd edib, onlar isə qanunsuz gəlir üçün borc götürüblər. Əsədova haqqında polisə çox sayda müraciət daxil olub, məhkəmədə zərərçəkən şəxslərin sayı 26-dır. Qadın öz qurbanlarını əmin edib ki, arzu edənlər üçün ünvanlı sosial yardım təşkil edə bilər. Belə yardımı almaq istəyənlər isə dərhal tapılıb. İttiham aktında göstərilib ki, Kəkliyin qurbanlarının çoxu-20-i qadınlar, əsasən ibtidai sinif müəllimləri olub. Əsədova qadınlara bildirib ki, onun yaxın rəfiqəsi Əmək və Sosial Müdafiə Nazirliyində çalışır və problemsiz onlar üçün ünvanlı sosial yardım təşkil edə bilər, amma bu, müəyyən məbləğə başa gələcək. Müəllimlər fırıldaqçıya inanıblar. Halbuki yerli telekanallarda dəfələrlə ünvanlı sosial yardım üçün müraciət edən şəxslərin siyahısının məhdud olması barədə məlumat yayılıb. Zərərçəkənlər əlavə gəlir mənbəyi əldə etmək istəyirdilər, bunun üçün hətta Əsədovanın sözlərinə inanaraq müəyyən məbləğ də ödəməyə hazır idilər. Əsədova onlara ünvanlı sosial yardımın Azərbaycanda hələ ən azı iki il də veriləcəyini vəd edib. Şikayət edənlər arasında hətta sosial yardım almaq üçün borc götürən də var. Fəaliyyətinin qanuni olduğunu göstərmək üçün Əsədova onlardan ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin surətini çıxarmağı da istəyib. K. Əsədova Binəqədi İH-də rəsmi olaraq 2007-ci ilə qədər çalışıb, daha sonra bu qurumu Binəqədi qəsəbəsində təmsil edib. Geri qayıt |