Əsas Səhifə > Siyasət, Manşet > Gömrük özbaşınalıqları TÜĞYAN EDİR...

Gömrük özbaşınalıqları TÜĞYAN EDİR...


11-08-2018, 10:39
Gömrük özbaşınalıqları TÜĞYAN EDİR...
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseyn Həsənli ilə bağlı şikayətlər səngimir. Dövlət vəzifəsini şəxsi məqsədlərinə xidmət etdirən bu şəxsin özəl qiymət siyasəti də var. BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, Hüseyn Həsənli dövlətin müəyyən etdiyi qiyməti təqdim edən vətəndaşı təhqir edərək onu yalançı adlandırıb. Əslində vəzifəsi vətəndaşa xidmət etmək olan bu şəxsin dövlət sənədinə hörmətsiz münasibəti ilk fakt deyil. Vətəndaş, Masallı rayon sakini, hal-hazırda Bakıda məskunlaşmış Abıyev Cəlal Hamlet oğlu Gürcüstan respublikasından buraxılış ili 2012-ci il olan “Hundai Sonata” markalı avtomobili 4800 ABŞ dolları məbləğində alması haqda rəsmi sənədləri təqdim etsə də, Azərbaycanda, konkret Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində kimsə ona inanmır. Nəinki inanmırlar, hətta vətəndaş müəyyən edilmiş dövlət rüsumundan 1033 AZN artıq məbləğ “ödəməyə” məcbur edilib. Üzləşdiyi haqsızlıqla bağlı mətbuata üz tutan şikayətçiyə verilən cavabın özü də absurddur. Belə ki, DGK-dən C.Abıyevi “nə üçün rəsmi şikayət etmədən əlavə vəsait ödədin?” –sualı ilə dilemma qarşısında qoyurlar. Lakin unudurlar ki, ölkəyə gətirilən avtomobilin dövlət qeydiyyatı üçün 72 saat vaxt müəyyən edilib. Araşdırılması vacib olan sənədlərə cavab tarixi isə ölkə qanunları ilə bir ay müddətində müəyyən edilib. Zamanlar arasındakı bu təzad isə bütün hallarda vətəndaşın xeyrinə işləmir. Belə olan təqdirdə Hüseyn Həsənlinin “qanunlarını” icra etməkdən başqa yol qalmır. Çarəsiz vəziyyətdə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edən C.Abıyev, dövlət rəhbərindən ondan alınmış əlavə vəsaitiin geri qaytarılması üçün kömək istəyir. Görünür “müsibət oluruq biz, səhv düşəndə yerimiz” – deyimini şair məhz dövlət vəzifəsini öz “qanunları” ilə idarə edənlər üçün deyib. Redaksiya vətəndaşın ərizəsini olduğu kimi təqdim edir.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
Surəti: Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə

Masallı şəhəri R.Abbasov küçəsi, ev 42
yaşayan Abıyev Cəlal Hamlet oğlu tərəfindən

Ərizə

Hörmətli Prezident!

Diqqətinizə çatırmaq istəyirəm ki, mən Masallı rayon sakini hal hazırda Bakıda yaşayan Abıyev Cəlal Hamlet oğlu qonşu dövlət olan Gürcüstan Respublikasından 11.06.2018-ci il tarixində Azərbaycan Respublikasına 2012-ci il buraxılış olan “Hundai Sonata” markalı 2.0 mator gücündə avtonəqliyyat vasitəsini 4800 dollar vəsait xərcləyərək gətirmişəm. Hər bir vətəndaşın qanuni hüquqlarından istifadə haqqı olduğu kimi məndə hüquqlarımdan istifadə edərək Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin inzibati binasında quraşdırılan Dövlət gömrük xidmətləri olan aparat vasitəsi ilə qeydiyyata alınması üçün ödəyəcəyim məbləği hesabladıqdan sonra, idarə rəhbərinin qəbulunda oldum.

Cənab Prezident!
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseyn Həsənli ilə görüşüb nəqliyyat vasitəmi qeydiyyata salmaq istədiyimi və DGK tərəfindən quraşdırılan aparatlarda məhz ödəməli olduğum məbləğin 6867 manat 91 qəpik təşkil etdiyini qeyd etdim. DGK ABGİ-nin rəisi H.Həsənli isə cavabında mənim yalan danışdığımı iddia edərək mənim avtomobili 4800 USD qiymətinə deyil, 2012 il buraxılışı olan “Hundai Sonata” DGK rəsmilərinin verdiyi Gürcüstan bazar qiyməti 8000 USD olaraq göstərilməkdədir. Və buna görə, yenidən hesablama aparan H.Həsənli mənim 6867.91 manat deyil 7900 azn vəsait ödəməli olduğumu və bu məbləği ödəməyəcəyim təqdirdə avtonəqliyyatımın qeydiyyata götürülməyəcəyi vurğulandı. Məcburiyyət qarşısında qalaraq 7900 azn ödəyərək avtomobilimi qeydiyyata qoydum. Amma məcburiyyətlərdən gömrük idarələrində süründürməçiliklə üz-üzə qalmaqdayıq. Cənab İlham Əliyev sizdən artıq dərəcədə xahiş edirəm ki, DGK Avtonəqliyyat Baş Gömrük İdarəsində şəxsimə qarşı hüquqlarımın kobud şəkildə pozularaq məcburiyyətdən ödədiyim 1033 azn məbləğin mənə geri qaytarılması üçün lazımi qurumlara göstəriş verəsiniz.

Cənab Prezident!
Dəfələrlə çıxışlarınızdada qeyd etmisiz ki, məmurlar tərəfindən qanunsuz olaraq hüquqları pozulan şəxslər hər bir vasitə ilə mənə bu barədə xəbər çatdırmağa cəhd etsinlər. Məndə Azərbaycan Respublikasının vətəndaşı və qanunun aliliyini qoruyan Ali Baş komandanımızın çıxışına etimad göstərərk sizi narahat etməkdəyəm. Bir vətəndaş olaraq ölkədə baş verən qanunsuzluğun sizin diqqətinizə çatması üçün gecə gündüz buna nə qədər vaxt gərəklidirsə sərf edərək Gömrük idarələrində baş verən özbaşınalıqla bağlı məlumatları sizlərin diqqətinə çatdıracağam.

İmza: Abıyev Cəlal Hamlet oğlu

Redaksiya yazıda adı çəkilən müəssisə və şəxslərində münasibətlərini dərc edə bilər.

Geri qayıt