Əsas Səhifə > Siyasət, Manşet > Kürdəmirdə qanunsuz yolla ünvanlı sosial yardım alanlar...
Kürdəmirdə qanunsuz yolla ünvanlı sosial yardım alanlar...12-07-2018, 08:30 |
DİA.AZ: - "Əmək və Əhalinin Sosial Nazirliyi və Baş Prokurorluğa Kürdəmir rayonunda qanunsuz Ünvanlı sosial yardım alanların adlarını təqdim edirəm". Bunu DİA.AZ-a ilginc faktları açıqlayan mənbə öz məlumatında qeyd edir. Həmin məlumatı təqdim edirik: "Kürdəmir rayon DSMF-sinin sosial müavinətlər sektronun müdiri Hidayətov Hamil və həmin sektorun məsləhətçisi Mürsəlov Ramin bilavasitə vətəndaşlarla və sosial yardımın düzələsində vasitəçilik edən "dəllallarla" əlbir olaraq vətəndaşların maddi-məişət şəraitinin yoxlanılması zamanı qanunsuzluqlara yol verilməsi ilə, vətəndaşların pay torpaqlarının, mal-qaralarının sayının gizlədilməsi və digər gəlirlərinin yoxlama zamanı müvafiq akta daxil edilməməsi yolu ilə vətəndaşlara ünvanlı sosial yardımın təyin olunmasına nail olublar. İndi konkret əlimizdə olan faktlara əsasən və səbəblərini izah etməklə həmin ÜSY alan vətəndaşların siyasını təqdim edirik: Kürdəmirdə hər bölgə üzrə ayrı-ayrı "dəllallar" fəaliyyət göstərdiyi üçü ÜSY alanları da həmin bölgələr üzrə diqqətinizə çatdırıram. Kürdəmir rayonun Atakişili kəndi üzrə soyadını bilmədiyim Məhəmməd adlı "dəllal" fəaliyyət göstərir. Məhəmməd özü Atakişili kənd icra nümayəndəliyində müavin vəzifəsində işləyir". Daha sonra mənbə dia-az.site-a göndərdiyi məlumatında qanunsu olaraq ÜSY olanların siyahısını təqdim edir: "Atakişili kəndi üzrə adlı siyahını təqdim edirəm: 1) HƏBİBOVA RƏQSANƏ HƏBİB QIZI. Bu ailəyə ÜSY yuxarıda adını qeyd etdiyim Məhəmməd vasitəsilə düzəlibdir. Bu ailənin mülkiyyətində pay torpağı var. Ailənin maddi-məişət şəraitinə baxış keçirilərkən həmin pay torpağı gizlədilibdir. Həm də ailə tərkibi pozulubdur. Bundan əlavə ailəyə xaricdən əlavə gəlir daxil olur ki , bu gəlir də gizlədilibdir. 2) ŞİRİNOVA İLAHƏ AYDIN QIZI 3) DÜNYAMALIYEVA NƏZAKƏT MEHRALI QIZI 4) ALLAHVERDİYEV İQBAL HAQVERDİ OĞLU 5) NƏSİROVA TƏRANƏ BƏKİR QIZ 6) SƏTTAROVA AMALYA İBRAHİM QIZ Yuxarıda adlarını qeyd etdiklərimdə səbəblər eynidir. Ayrı-ayrı açıqlamağa lüzum yoxdur. Yəni hamısında ailənin mülkiyyətində pay torpağı var və bu pay torpağı haqqında məlumatlar VEMTAS-a daxil edilməyibdir. Ailənin maddi-məişət şəraitinə baxış keçirilərkən pay torpaqlarının mövcudluğu məlum olsa da bu barədə nazirliyə heç bir məlumat verilməyibdir. Həmişəki kimi Hamil Hidayətov və Ramin Mürsəlovun qanunsuz, çirkin əməllərinin nəticəsidir. 11) MƏMMƏDOV YENGİBAR ÇİNGİZ OĞLU – Kürdəmir rayonu Qaraqocalı kəndi. Adını bilmədiyim bir dəllalın əli ilə düzəlibdir. Ailənin mülkiyyətində pay torpağı , həmçinin əlavə gəlirləri mövcuddur. 22) XƏLİLOVA MEHPARƏİSBAT QIZI - Kürdəmir rayonu Sovla kəndi. Bu kənd üzrə Kəmaləddin adlı dəllal var. Kəmaləddinin Ramin Mürsəlovla əlbir olması nəticəsində düzəlmiş bir işdir. Ailənin mülkiyyətində pay torpağı, çox sayda iri-buynuzlu mal-qara və qoyun sürüləri var. Lakin bu məlumatlar VEMTAS-a daxil edilməyib. Çünki bu məlumatlar VEMTAS-a daxil edilsə ailənin gəlirləri ehtitac meyarını keçəcək və ailə ÜSY təyin edilməyəcək. Fikir verin işə götürdüyünüz kadrlar - Hidayətov Hamil və Mürsəlov Ramin görün nazirliyi necə adlanır. Və heç kimdən qorxmurlar. Bildirirlər ki, biz nazirliyin haqqını necə lazımdı veririk və nazirlik bizə heç nə edəsi deyil. 1) ƏZMƏMMƏDOV NƏRİMAN ƏHƏD OĞLU - Şilyan kəndi 2) MİRZƏLİYEV MİRZALI MİRZAĞA OĞLU - Şilyan kəndi. Bu iki nəfər isə Hidayətov Hamilin kənçiləridir. Yuxarıda qeyd səbəblər bunlarda da var. 1) ƏHMƏDOV RƏŞAD RAFİQ OĞLU 2) BAĞIROV ANAR RƏFAİL OĞLU 3) XƏLƏFOV RƏŞAD VAQİF OĞLU 4) ƏLİYEV BABA TAHİR OĞLU 5) İBİŞOV ZAHİD XALIQ OĞLU . Bu qeyd etdiklərim Kürdəmirin mərkəzində yaşayan ailələrdir. Hamısının adlarını qeyd etməyi lüzum görmürəm. Rayon mərkəzində ÜSY alan ailərinin az bir hissəsini çıxmaq şərtilə hamısının Hidayətov Hamilin şəxsən tanıdığı ailələrdir. Bu ailələrə ÜSY təyin olunmasında Ünvanlı dövlət sosial yardım haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri pozularaq , ünvanlılıq prinspinə riayət olunmayıbdır. Yuxarıda adlarını qeyd etdiyim ailərdən Hidayətov Hamil və Mürsəlov Ramin 6 (altı) ayın haqqını alıblar. Bu da aşağısı 500 manat yuxarısı isə 1500-1600 manat arasında dəyişir. Kürdəmir rayon DSMF-sində Hidayətov Hamil, Mürsəlov Ramin dəllallarla əlbir olaraq çox güclü maxinasiya şəbəkəsi yaradıblar. Əgər sosial yardım alacaq vətəndaşlarla "anlaşmalara" gediləcəksə həmin ailələrin məlumatlarını Mürsəlov Ramin və Hidayətov Hamil şəxsən özləri daxil edirlər VEMTAS-a. Nazirlik və Baş Prokurorluq olaraq sizdən Kürdəmir rayon DSMF-sinin əməkdaşlarına heç bir məlumat vermədən bilavasitə yerində araşdırılma aparılmasını və korrupsiya faktalarına görə Hidayətov Hamil və Mürsəlov Raminin birbaşa həbsini tələb edirik. Bu insanlar Kürdəmirlilərin qanını sovururlar . Söhbət tək sosial yardımdan getmir. Bütün növ sosial müavinətlərin təyinatını rüşvət qarşılığında aparırlar. Vətəndaş olaraq üzərimizə düşən məlumatları sizə təqdim etdik. Gerisi sizə düşən qanunların aililiyini rəhbər tutaraq tədbirlər görməkdir". dia-az.site olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |