Əsas Səhifə > Siyasət, Manşet > Müsavat başqanının adı 559 hektar ərazinin zəbt olunmasında hallanır
Müsavat başqanının adı 559 hektar ərazinin zəbt olunmasında hallanır26-06-2018, 09:36 |
Zaqatala rayonunun Uzunqazmalar kəndinin 200-dən çox sakini “Reytinq” qəzeti vasitəsi ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Şikayətçilər yazır ki, yaşadıqları kənd rayon mərkəzindən təxminən 50 km aralıda yerləşir. 1962-ci ildə Zaqatala rayon Xalq Deputatlar Sovetinin (XDS) müvafiq qərarı ilə Uzunqazmalar kəndi ərazisində 2 nömrəli Fındıq sovxozu yaradılıb. Ümumi sahəsi 1000 hektar olan sovxozda kəndin sakinləri 1992-ci iləqədər böyük əziyyətlər çəkiblər. Sakinlər yazır ki, onlar 40 il ərzində bu torpqaları əkin-biçinə yararlı vəziyyətə gətirməklə, dövlətə və xalqa öz töhvələrini veriblər: “Hansı ki, həmin 1000 hektar ərazinin 559 hektarında fındıq bağları salmışıq. Möhtərəm Prezident! Bildiyiniz kimi, fındıq bağı salmaq, ona qulluq etmək, onu ərsəyə gətirmək çox böyük əziyyət və vaxt tələb edir. Lakin bu qədər əziyyətə və qanuni haqlarımıza baxmayaraq, 1992-ci ildə iqtidarda olmuş AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinin qurbanı olmuşuq. Hakimiyyətin nə olduğunu bilməyən bu qrup nəinki ölkənin siyasətini, hətta onun kənd təsərrüfatını da öz şəxsi maraqlarının qurbanına çeviriblər”. Sakinlər bildirir ki, Uzunqazmalar kəndindən 40 km-yə kimi uzaqlıqda yerləşən rayonunun Yuxarı Tala kəndinin sakini, hazırda Müsavat Partiyasının başqanı Arif Hacılının birbaşa müdaxiləsi və dəstəyi ilə 1992-ci ildə onlara məxsus torpaqlar “işğal” edilib: “Fakt budur ki, Arif Hacılı o vaxtkı cəhbə hakimiyyətinin icra başçısı və vəzifədə olan dəstə üzvlərinin kobud müdaxiləsi ilə bizim kəndin fındıq bağlarını qanunsuz yolla alaraq, 40 km aralıda yerləşən doğma kəndinin sakinlərinəverdirdi”. Şikayətçilər 26 ildir Arif Hacılının göstərişi ilə baş vermiş bu qanunsuzluğun aradan qaldırılması üçün mübarizə aparırlar: “Biz bu illər ərzində nəniki haqlarımızı bərpa edə bilirik, həm də bütün qanuni haqlarımızdan məhrum olmuşuq. Diqqətinizə çatdırırıq ki, 1992-ci ildə Arif Hacılı öz kəndində dayaqlarını daha da möhkəmləndirmək üçün bizim kəndin fındıq bağlarını həmkəndlilərinə seçki vədi olaraq verib. Az sonra, Zaqatala rayon İcra Hakimiyyətinin 10 yanvar 1992-ci il tarixli, 16 saylı, 2 mart 1992-ci il tarixli, 138 saylı sərəncamları ilə Arif Hacılının doğma kəndində fəaliyyətdə olan Sabir adına kolxozun 7 və 8 saylı briqada üzvləri 40 km uzaqlıqda olan bizim kəndin 2 saylı Fındıq sovxozuna qanunsuz birləşdirilib. Sual oluna bilər, axı 40 km aralıda olan bir kənddəki kolxozun niyə iki briqadası məhz bizim Uzunqazmalar kəndinin sovxozuna birləşdirilməlidir? Niyəbu iki briqadanın timsalında Yuxarı Tala kəndinin 1700-dən çox sakini bizim sovxozun tərkibinə qatılmaqla, sonradan 559 hektarlıq fındıq sahəmizə tam sahiblənməli idi? Bəs bizim 40 illik zəhmətimiz, qanuni haqlarımız harada qaldı? Və yaxud biz məhsəti türküyük deyə, bütün əmlak və haqlarımızı 40-50 km aralıdan gəlib niyə əlimizdən almalıdırlar?”. Kənd sakinləri və həmin vaxtı Fındıq sovxozunun 11 il sədri olan Cücüy Hacıyev də bildirir ki, Yuxarı Talanın iki briqadasının rəhbərlik etdiyi sovxoza birləşdirilməsi haqda protokol da saxtadır: “Həmin vaxt bir çox saxta sənədlər tərtib olunub. O vaxt sədr başda olmaqla, kəndinbütün sakinləri bu qanunsuzluqlara qarşı çıxdı.Belə olanda Arif Hacılının əl buyruqçusu olan icra başçısı qanunsuz şəkildə sovxozun sədri Cücüy Hacıyevi vəzifəsindən azad edərək, məkrli planı qısa zamanda həyata keçirdi. Qanunsuzluğun həddinə baxın ki, Yuxarı Tala kolxozunun iki briqadasının bizim sovxoza birləşdirilmə qərarının əks olunduğu saxta protokola da vəzifədən azad olunmuş Cücüy Hacıyevin yerinə saxta imza atıblar. Lakin 26 ildir bu və ya digər qanunsuzluqları, o cümlədən bizim 1996-cı ildə keçirilmiş islahatla bağlı tanınmayan qanuni torpaq haqlarımızı nə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyinə, nə Əmlak Məsələləri Dövlət Komitəsinə, nə də AXC-dən sonrakı rayonun keçmiş və indiki rəhbərliyinə anlada bilmirik. Düzdür, bir ara keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi bu məsələ ilə maraqlandı. Lakin sonradan onlar da müammalı şəkildə geri çəkildilər. Maraqlıdır ki, dövlət qurumlarının hazırkı nümayəndələri də bizə deyir ki, bu özbaşınalıq keçmişdə qalıb, indi bunu bərpa etsək, böyük səs-küyə səbəb olacaq. Yaxşı, bəs biz nə edək? Arif Hacılının qanunsuzluğuna görə kəndi tərk edəkmi?”. Şikayətçilər “Torpaq islahatı” haqqında Azərbayacan Respublikasının mövcud qanunlarında əks olunan maddələri də bir-bir məktublarında xatırladaraq, ölkə rəhbərliyindən kömək istəyirlər: “Bu qanunun təkcə bir maddəsi – 12-ci maddəsini oxumaq yetər ki, Uzunqamalar kənd əhalisinin tam haqlı olduğu aydınlaşsın. Həmin maddədə yazılır ki, daimi yaşayış yeri və qeydiyyatı olan şəxslər kolxoz və sovxozlardan torpaq vəəmlak payı ala bilərlər. Amma yuxarıda qeyd etdiyimiz kimi, bizim kənddən 40 km uzaqlıqda yerləşən Yuxarı Tala kəndinin iki briqdasının yaşayış vəqeydiyyat yeri öz kəndləridir. Bəs necə olur ki, bu kəndin 1700-dən çox sakini Uzunqazmalar kəndinin qanuni payına sahib çıxıb? Hansı ki, həmin 1700 nəfərin Yuxarı Talada da evləri, torpaq sahələri, bundan başqa, o kəndin sərəncamında çox böyük şabalıd meşləri var. Lakin bunlar islahat aparılarkən nəzərə alınmayıb. Biz anlaya bilmirik, Arif Hacılı bu qədərmi böyük gücdür ki, indi də onun özbaşınalığından qalmış problemi həll etmək mümkün deyil? Onu bu hakimiyyətdə kim qoruyur ki, rayonun hazırkı icra başçısı da Arif Hacılının adı gələndə az qalaəl-ayağa düşür? Niyə qorxurlar bu adamdan?”. Geri qayıt |