Əsas Səhifə > Siyasət, Manşet > Burada korrupsiya şəbəkəsi iş başındadır...

Burada korrupsiya şəbəkəsi iş başındadır...


15-06-2018, 10:09
Burada korrupsiya şəbəkəsi iş başındadır...
Mətbuatda barəsində ən çox neqativ xəbərlər yazılan rayonlardan biri də Goranboydur. Məmur özbaşınalığı və əməlləri barədə hər gün yeni məlumat xəbər manşetlərini bəzəyir.
Xəbərlər.az-a daxil olan şikayətdə də bildirilir ki, Goranboy Şəhər Məşğulluq Mərkəzində yeyinti hallarının sayı durmadan artır, dövlət başçısının gördüyü abadlıq işlərinə kölgə salınmaqda davam etdirilir.
Şikayətdə qeyd olunub ki, sakinlər Goranboy rayon Məşğulluq Mərkəzində baş verən saxtakarlıqlardan yorulub.

Redaksiyamıza müraciət edənlər qeyd edir ki, Məşğulluq Mərkəzinə təqdim edilən iş yerləri çox sayda vətəndaşın adına rəsmiləşdirilib. Mənbənin sözlərinə görə, bu qanunsuzluqlar birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri Əjdər Ol və onun əmrlərini icra edən mərkəzin direktoru Nicat Məmmədov, eləcə də Gorananboy Rayon dövlət sosial müdafiə fondunun rəhbəri Elçin Məmmədov tərəfindən aparılır. Rayon şöbəsində yaratdığı “komandanın” sayəsində dövlətin milyonlarını mənimsəyirlər.
Mənbədən bildirilir ki, burada əsas məsələ nazirliyin köhnə qanunları ilə işləməsi, sosial müavinətin ayrılmasında rüşvətə yol verilməsi və s-dir. Belə ki, müavinətin təyinatı sektoru qanuni şəkildə yardım alacaq şəxslərin sənədlərində əmma taparaq ya nəğd pul, ya da 4 aylıq yardım məbləğini mənimsəyiblər.Bu qədər qanunsuz işlərinə baxmayaraq vəzifədə qalmasına "day-daylıq" edən isə Əjdər Ol olub. Çünki bütün işlər onun başçılığı ilə görülüb.
Şikayətçilərin dediyinə görə, qaz idarəsinddə olan ştatlarda işə düzəlmək üçün vətəndaşlardan qanunsuz olaraq 700-800man pul alınır, dövlətin imkansız ailələrə ayırdığı mal -qara üçün hər ailədən 500-1000 manat pul tuturlar.
Görünür Məmmədovlar komandası prezident İlham Əliyevin son tapşırıqlarına qarşı gedir. Ölkə başçısı bildirib ki, iş adamlarına şərait yaradılmalıdır, süni qiymət artımı yolverilməzdir. Ancaq onlar dövlət rəhbərinin sözlərini nəinki qulaqardı edir, hətta ölkə başçısının gördüyü işlərə kölgə salmağa çalışır, sadə vətəndaşların dövlətə olan inamını itirməyə cəhdlərindən daşınmırlar.
Əjdər Ol imzası ilə ədəbiyyatda təmsil olunan Əjdər Cəbiyev illər öncə Sosial Müdafiə Fondunu, son 3 ildə isə Sosial Müdafiə nazirliyini talamaqla məşğul olub. Onun qurduğu sistemdə dövlətin maraqları, qarşıya qoyulan hədəflər, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması isə birmənalı şəkildə bu nazirliyin prioritetindən çıxarılmışdır. Məhz buna görə son 5 ildə ölkə Prezidentinə ünvanlanan şikayətlərin aza qala 80 faizi məhz bu qurumun payına düşürdü.Elə bu səbəbdən Əjdər Ol vəzifəsiylə vidalaşmalı oldu. Heç bir məmur vətəndaşların haqqını yeyə bilməz. Buna mətbuat orqanı olaraq nə biz, nə də dövlətimiz imkan verəcək. Tezliklə bütün qaranlıq məqamlar aydınlaşacaq və dövlətinə güvənən sadə vətəndaşlar bu güvəndə haqlı olduğuna bir daha əmin olacaq
Şikayət araşdırılır, ətraflı yazı dərc ediləcək.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq

Geri qayıt