Əsas Səhifə > Siyasət, Manşet > Nazir müavini, yoxsa oliqarx?

Nazir müavini, yoxsa oliqarx?


13-06-2018, 09:01
Nazir müavini, yoxsa oliqarx?
Bir müddət əvvəl xəbər saytlarının birində “İlqar Rəhimov Səlim Müslümovun dədəsinə necə rəhmət oxudur!” başlıqlı yazıya rast gəldik.
Aşağıda qısa ixtisarla təqdim etdiyimiz həmin yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki kadrarxası mətləblərə və maxinasiyalara bədii şəkildə toxunulur: “Həəə, gəldik o günə də çatdıq. Ki, Səlim Müslümovun dədəsinə rəhmət oxuyaq! Düzdür, Səlim müəllimin dədəsinə rəhməti öz oğlu oxutmur, bunu onun oğlunun əvəzinə… Sahil Babayev elətdirir, İlqar Rəhimovun əliylə! Necə? Deməli, bir dəyirmançı olurmuş, camaata zülm edirmiş ki, yüklərini dəyirmana 150 metr qalmış çiyinlərində gətirsinlər. Öləndə oğluna deyir ki, mən sağlığında dədəmin də gorunu söydürdüm, evdəki ananı-bacını da, amma sən elə et ki, mənə rəhmət oxusunlar! Oğul da nə oğul, ata üçün ölümə gedər. Bir az da qabağa gedib məsafəni bir 300 metr o yana çəkir, üstəlik də təpə düzəldir – indi camaat çiynində yük təpəni qalxıb enib gəlir dəyirmana… əvvəlki dəyirmançının dədəsinə rəhmət oxuya-oxuya! İndi də… Sahil Babayev çəkilib kənara, ayda 50 minlik paketə “fransuzski duxi” vurur! Fəqət… İlqar Rəhimov… Ay sağ ol, düz bildiniz, “Füzuli Ələkbərovun kassiri” haliyədə “sosial müdafiə fondunun vəziri”di! Səlim Müslümov, Allah atana rəhmət eləsin, ona görə ki, sən əgər rayon şöbələrinə müdiri 100-150 minə qoyurdunsa, indi 300 mindi – dedim biləsən ki, nə qədər hərif olmusan! 300 minlik vəzifəyə maksimum 150 min almaqla vəzifəni hörmətdən salıbsanmış! Səni əgər 2-2,5 milyardın əskikliyinə tüstüləndirirlərsə, Sahil Babayev ölü yeri bir 10 milyardla səndən bir boy yuxarı olacaq! Allah dədənə rəhmət eləsin, Səlim Müslümov! İ.Rəhimovun kreativ iş üsullarından bircəciyini deyirik ki, qoy özü də inansın ki, bildiklərimiz həqiqətdir: deməli, adamlar cənab prezidentin kadr islahatları apardığına inanıb gəlirlər DSMF-na ki, əyrilikləri, oğurluqları çatdırsınlar rəhbərliyə, guya ki, Sahil Babayev cavandı, kreativdi, islahatçıdı, nə bilim daha nədi, bütün maxinasiyaları qoyurlar ovuc içinə – bu maxinasiya faktları da əli havada qalan S.Babayevin əvəzinə “düşür” İlqar Rəhimovun ovcuna! İki gündən bir DSMF-də qışqırıq səsləri ucalır. Bilirsiniz kimlərin qışqırığı? O kimlərin ki, etdikləri maxinasiyaları haqda bir az əvvəl məlumat alıblar! DSMF-də əfvin dəyəri 500 mindən az deyil! Adam az qalır desin ki, ay millət, DSMF-dən şikayətləri DSMF-yə etməyin, ayrı, ədalətli və tədbir görəcək ünvan tapıb, ora edin!”

Bu yazıda əsas adıgedən “persona” -nazir müavini İlqar Rəhimov biz də də maraq doğurduğu üçün onunla bağlı bəzi araşdırmalar apardıq.

Əldə etdiyimiz məlumata görə nazir müavini “Bona Market”in, “Bona Diamond”un, “Bona Mente”adlı jurnal və qəzetin, Türkiyədə turizm şirkətinin, hətta Xızı rayonunda böyük bir fermer təsərrüfatının sahibidir.

Yuxarıda təqdim etdiyimiz yazıda yazılanlarla bağlı apardığımız araşdırmadan belə nəticəyə gəlmək olur ki, İlqar Rəhimov nazir müavinindən çox, özünü böyük bir oliqarx kimi aparır.

Mövzuya qayıdacayıq…
365info.org

Geri qayıt