Əsas Səhifə > Siyasət, Manşet > “Antiinhisar”çı Zahid İsayev vurulur

“Antiinhisar”çı Zahid İsayev vurulur


24-04-2018, 08:50
“Antiinhisar”çı Zahid İsayev vurulur
Azərbaycanda prezident seçkilərindən sonra köklü islahatlara start verilib. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan Nazirlər Kabinetinin yeni tərkibində bir sıra postların qeyd olunmaması da bunu deməyə əsas verir. Görünür, dövlət başçısı ikinci islahat dalğasını başladacaq və təyinat olmayan dövlət müəssisələrinə daha layiqli şəxsləri təyin edəcək.

Təyinat olmayan qurumlardan biri də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi postudur. Dövlət Xidmətinə indiyə qədər Zahid İsayev rəhbərlik edib.

Miq.az-ın əldə etdiyi məlumata görə, dövlət başçısı Z. İsayevin təyinatını saxlayıb. Zahid İsayev indiyə qədər fəaliyyəti dövründə bir çox qalmaqalla yadda qalıb. Zahid İsayev nazir Şahin Mustafayevin kadrlarından sayılır.z Belə ki, Şahin Mustafayev Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi işləyəndə Zahid İsayev onun müavini olub. Şahin Mustafayev İqtisadi İnkişaf naziri təyin edildikdən az sonra Zahid İsayevi İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi təyin edib. Z. İsayev fəaliyyəti dövründə sahibkarları dəfələrlə incidib, onlara "haqq” qoyub.

Bununla bağlı çoxsaylı şikayətlər də mövcuddur. Hətta mətbuatda yayılan şikayətlərlə yanaşı, dövlət rəhbərliyinə ünvanlanan müraciətlər də var. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Z. İsayevin Dövlət Xidmətinin rəhbəri vəzifəsindən çıxarılacağı ilə bağlı sərəncam veriləcək. Onun hansısa digər posta təyinatının olmayacağı da deyilir.

Miq.Az-a məlumat verən menbə qeyd edir ki, Zahid İsayev yalnız problem yaratmaq üçündür. Hetta prezident sərəncamlarına da çox laqeyd yanaşır. Antiinhisarçı hetta az qalır desin ki, qoy prezident mənə desin.

Geri qayıt