Əsas Səhifə > Siyasət, Manşet > "Qüdrətli quda" müdaxilə etdi...

"Qüdrətli quda" müdaxilə etdi...


15-03-2018, 08:39
"Qüdrətli quda" müdaxilə etdi...
Bir neçə gün bundan əvvəl Balakəndə "8 mart Qadınlar Günü" münasibətilə şagirdlərdən pul yığılması və yığılan pulların rayon İcra Hakimiyyətinə göndərildiyi barədə ölkə mediasında məlumatlar yayıldı.

Qlobal.az-a daxil olan məlumata görə, bu xəbər mediada yayıldıqdan sonra Balakən rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında ciddi ixtilaflar baş verməkdədədir. Belə ki, rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ölkə mediasında rəhbərlik etdiyi qurumun adının hədəfə gətirilməsinə görə ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmovanı ciddi tənbeh edib. İddia olunur ki, İslam Rzayev dar çərçivədə Nəzakət Rüstəmovanın əlindən bezdiyini, onu ölkədə keçiriləcək prezident seçkilərindən sonra vəzifəsindən azad edəcəyini də deyib. Hətta aprel ayında Balakən rayon İcra Hakimiyyətinə ictimai-siyasi və humanitar məsələlər üzrə təyin olunacaq yeni müavinin adı da bəzi şəxslərə məlumdur.

Məlumatda daha ilginc detal isə rayonun adının ölkə mediasında neqativ hallandırılmasına görə İslam Rzayevin Balakənə qeyri-rəsmi kuratorluq edən Zeynal Əliyev tərəfindən qınanılması olub.

Qeyd edək ki, ictimaiyyətə adı çox da tanış olmayan Zeynal Əliyev ölkənin ən qüdrətli şəxslərindən birinin qudasıdır.

Zeynal Əliyevin xeyir-duası ilə Balakənə son illər xeyli əcnəbi şirkətlərin gəldiyi, böyük investisiyaların yatırıldığı deyilir.

Məsələ ilə əlaqədar Balakən rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf münasibət bildirmədi.

Geri qayıt