Əsas Səhifə > Siyasət, Manşet > Samir Şərifov Harvard məzunu ilə əvəzlənir
Samir Şərifov Harvard məzunu ilə əvəzlənir14-03-2018, 09:20 |
Maliyyə naziri Samir Şərifov yeni hökümət komandasında təmsil olunmayacaq. GUNAZ.ORG-a daxil olan məlumatlara görə, Prezident İlham Əliyevin Beynəlxalq Bank qalmaqalı və ölkə iqtisadiyyatında davam edən mənfi tendensiyalar səbəbindən Samir Şərifova etimadı azalıb. Məlumatlı mənbənin sözlərinə görə, Prezident adları korrupsiya qalmaqalında hallanan və şübhəli keçmişə malik məmurlarla vidalaşmaq niyyətindədir: “Hakimiyyətə yaxın deputatların bununla bağlı dedikləri təsadüf deyil. Yeni hökümətdə yeni simalar təmsil olunacaq. Xüsusi ilə də iqtisadi bloka daxil olan dövlət qurumlarının rəhbərləri bacarıqlı kadrlarla əvəzlənəcək”. Mənbənin bildirdiyinə görə, seçkidən sonra formalaşdırılacaq Nazirlər Kabinetində maliyyə naziri vəzifəsi Emin Hüseynova tapşırılacaq. Emin Hüseynov hazırda Maliyyə Nazirliyində müavin vəzifəsində işləyir. Yüksək təhsil və əla karyerası ilə Emin Hüseynov Samir Şərifovu dəfələrlə üstələyir. Emin Hüseynov Qeyd edək ki, Emin Hüseynov 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini, 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı, 2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində, iqtsadçı, 2003 – 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, ölkə üzrə iqtisadçı, 2005 – 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru, 2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru, 2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı, 2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru, 2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında, Strategiya və inkişaf məsələləri üzrə prorektor və 2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektoru vəzifələrində çalışan Emin Hüseynov həmçinin Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupunun da üzvüdür. Xatırladaq ki, 2018-ci ilin büdcə layihəsi parlamentdə müzakirə edilən zaman hakim Yeni Azərbaycan Partiyasının aparıcı üzvlərindən biri, Milli Məclisin üzvü Siyavuş Novruzov Samir Şərifovu tənqid edərək, onu sosialist dövlətlərdə olan büdcə lahiyəsi hazırlamaqda günahlandırmışdı… Geri qayıt |