Əsas Səhifə > Siyasət, Manşet > "Çox çıxılmaz bir vəziyyətdə qalmışıq"

"Çox çıxılmaz bir vəziyyətdə qalmışıq"


19-02-2018, 09:16
"Çox çıxılmaz bir vəziyyətdə qalmışıq"
RegionXeberleri.com-a Ağdam rayonundan məcburi köçkün düşmüş şəhid ailəsi Ucar rayonu Türklər Məhəlləsində məskunlaşmış Tağıyeva Cəmilə Şiraslan qızı tərəfindən məktub daxil olub.Məktub müəllifi olan ana mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət ünvanlayır.
"Hörmətli Prezident biz Ağdam rayonundan məcburi köçkün düşmüşük. Həyat yoldaşım Əliyev Fikrət Abdulla oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi 1992-ci ildə şəhid olub.Biz bununla fəxr edirik.Özümüz isə Ucar rayonunda məskunlaşmışıq.Siz şəhid ailələrinə məcburi köçkünlərə daima diqqət və qyğı göstərirsiniz. Buna görə Siz Allahın ən sevimli bəndəsisiniz. Nəvəm 10 may 2009-cu il tarixdə anadan olmuş Əliyev Nurlan Ramil oğlu skalioz xəstəliyindən əziyyət çəkir. Anadan gəlmə əlil doğulan balaca Nurlan 3- cü sinifə gedir.Yaşadığlımız evdən orta məktəbə qədər olan məsafə çox uzaq olduğu üçün oğlum Ramil avtomobil almaq üçün 2015-ci ilin yanvar ayında "Bank of Baku" ASC-dən 16 % lə 10.000 ABŞ dolları kredit götürdü. Bundan 1 ay sonra dolların məzənnəsi qalxdı deyə kredit borcunu ödəməkdə çətinlik çəkdik.Ancaq buna baxmayaraq götürdüyümüz kreditin yarsını ödəmişik. İndi isə sosial problemlərimiz çoxaldığı üçün həmin krediti ödəməkdə çətinlik çəkirik.Çox çıxılmaz bir vəziyyətdə qalmışıq.Bank oğlumun avtomobilini əlindən almaq istəyir.Həttda buna görə məhkəməyə də müraciət edilib.Oğlumun avtomobili əlindən alınarsa əlil azyaşlı nəvəm məktəbə gedə bilməyəcək.Yuxarıda qeyd etdiyim kimi məskunlaşdığımız bina Ucar rayonunun mərkəzindən çox uzaqda yerləşir.Əlil nəvəmi hər gün orta məktəbə aparıb gətirmək üçün həmin avtomobili kredit götürüb almışıq.Dövlətimizin bizə göstərdiyi köməklikdən razıyıq.Şəhid pulu və çörək pulu alırıq.Ancaq skalioz xəstəliyindən əziyyət çəkən, anadan gəlmə əlil doğulan balaca nəvəm Nurlanın müalicə olunması üçün hər ay pul xərcləyirik ki, buna görə çətinlik çəkirik.Əlil Nurlanın bu xəstəliyindən onurğa sümüyü əyilir.Buna görə o 18 yaşına kimi Şino karset geyinməlidir.Bunun üçün 6 aydan bir Nurlanın karseti yenisi ilə əvəzlənməlidir.Karsetin qiyməti isə 580 manat edir.Həmçinin xəstəlikdən əziyyət çəkən balaca Nurlanı hər ay Bakı şəhərində yerləşən Klinikaya müayinəyə və 6 aydan bir isə fizeoterapeya kursu keçməyə aparırıq.Hər dəfə bunlara görə 450 manat pul xərcləyirik.
Həm buna, həmdə dolların məzənəsinin qalxmasına görə banka olan borcumuzu ödəməkdə çətinlik çəkirik. Ancaq bunlar olmasaydı həmin krediti vaxtında ödəyə bilərdik.Bütün bu çətinliklərə baxmayaraq ümüdümüzü üzməmişik ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi mərhəmətli və qayğıkeş prezidenti var. Siz daima şəhid ailələrinə, məcburi köçkün ailələrinə xüsusi diqqət və qayğı göstərmisniz.
Mən bir şəhid və məcburi köçkün ailə başçısı kimi Sizdən çox-çox xahiş edirəm düşdüyümüz vəziyyəti nəzərə alıb kredit borcumuzun ödənilməsində bizə yaxından köməklik edəsiniz. Bizim ailə 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respunblikasına prezident seçkisində real və əvəz olunmaz namizədimiz , sabitliyin və əmin-amanlığın təminatçısı İlham Heydər oğlu Əliyevə səs verəcəyik.

İmza; Tağıyeva Cəmilə Şiraslan qızı

Geri qayıt