Əsas Səhifə > Siyasət, Manşet > Səhiyyə nazirliyində saxta diplom həyəcanı...
Səhiyyə nazirliyində saxta diplom həyəcanı...15-02-2018, 09:20 |
Səhiyyə Nazirliyi tibb sahəsini oxumadan işləyən tibb işçilərinin diplomlarının araşdırılması istiqamətində ciddi addımlar atır. Faktinfo.az-ın əldə etdiyi məlumata görə,nazirlik aşkarlanan saxta diplomların neçənci illərdə ,hansı tibb təhsil müəssisələri və kimlər tərəfindən verildiyini araşdırır. Məlumat üçün bildirək ki, ötən il səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb və bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib. Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun yaydığı məlumata görə , aşkarlanan saxta diplomların əksər hissəsi orta tibb ixtisası təhsil müəssisələri (tibb kollecləri) tərəfindən verilənlərdir. Geri qayıt |