Əsas Səhifə > Siyasət, Manşet > Kəlbəcərin kəndində Rusiyanın “Yunibank”ının filialı?..

Kəlbəcərin kəndində Rusiyanın “Yunibank”ının filialı?..


24-01-2018, 08:48
Kəlbəcərin kəndində Rusiyanın “Yunibank”ının filialı?..
1992-1993-cü illərdə uğrunda onlarla igid oğlumuzun şəhid olduğu Ağdərənin Vəng (yaxud Vəngli-hazırda inzibati cəhətdən Kəlbəcər rayonuna aid edilib) kəndində Rusiyanın “Yunibank”ının filialı var.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Erməni jurnalistin Vəng kəndi haqda hazırladığı reportajda yalnız həmin bankın filialının binasının fotosu göstərilir. Və altında bu haqda qısa qeyd yazılıb. Hazırda İrəvanda da “Yunibank” fəaliyyət göstərir. Amma bank binasının girişində adının rusca da «ЮН�?БАНК» yazılması bankın Rusiyanın eyniadlı bankının filialı olmasını deməyə də əsas verir.

Ümumiyyətlə, bu kənddə bir sıra yazıların, o cümlədən kafe və dükanların adlarının həm rus, həm ermənicə yazılması elə təəssürat yaradır ki, burada sovet hakimiyyəti yıxılmayıb, ya da bura Rusiyanın ermənilərin kompakt yaşadığı bir əyalətidir...

Kəlbəcərin kəndində Rusiyanın “Yunibank”ının filialı?..

Geri qayıt