Əsas Səhifə > Siyasət, Manşet > Keçmiş deputat Beyləqan sakininin torpağını necə zəbt etdi...
Keçmiş deputat Beyləqan sakininin torpağını necə zəbt etdi...17-01-2018, 08:57 |
DİA.AZ: - Redaksiyamıza Beyləqan rayonundan şikayət məktubu göndərilib. Beyləqan rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu DİA.AZ-a yazdığı müraciətində bildirir: "Beyləqan şəhərinin mərkəzində bizim ailəyə mərhum atamdan miras qalmış Dövlət Reyester xidmətində qeyd nömrəsi 3-15,univentar nömrəsi -15 olmaqla qeydiyyatda olan mülkümüz Beyləqan rayonunun eks-deputatı Ayaz Orucov tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Deməli, Ayaz Orucov Beyləqanda deputat olarkən Beyləqan şəhərinin mərkəzində rəhbərlik etdiyi "Hidromaş" şirkətinin vasitəsiylə (güyə Beyləqan rayonuna musiqi məktəbi tikəcək) Beyləqan İcra Hakimiyyətinin musiqi məktəbi üçün ayırdığı təxminən bir hektara yaxın torpaq sahəsini dövlətdən oğurlayaraq orda özü üçün imarət tikdirmişdir. Ayaz Orucovun dövlətdən zəbt etdiyi torpaq bizim adı gedən ərazimizlə yaxın olduğu üçün bu deputat orda tikdirdiyi qəsrin həyətini genişləndirmək məqsədiylə bizim ailəmizə məxsus olan torpağı da zorla əlimizdən alaraq qəsrinin həyətinə qatmışdır. Bu hadisə 2014-cü ildə baş verib. O vaxdan hansı yerli və mərkəzi orqanlara, icra aparatlarına şikayətlə müraciət etsək də, hələ də Ayaz Orucovun bu cinayəti nəticəsiz qalıb, vəzifəli doslarının sayəsində ona "gözün üstə qaşın var" deyən olmayıb. Sizdən artıq dərəcədə xahiş edirəm ki, Ayaz Orucovun bizim ailəmizə qarşı törətdiyi bu cinayət əməlinin ictimayətə çatdırılmasında bizə əlinizdən gələn köməkliyi əsirgəmiyəsiniz". dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |