Əsas Səhifə > Siyasət, Manşet > Elnur Aslanovun biznes-planı necə pozuldu...
Elnur Aslanovun biznes-planı necə pozuldu...2-01-2018, 11:19 |
Bakının Sabunçu rayonunda “Razin stansiyası” adla tanınır. Bu stansiya sökülsə də, yerində tikinti işləri aparılsa da, şəhərdə yaşayanlar bir-birinə görüş ünvanı olaraq hələ də “stansiya Razinin qabağına gəl” deyirlər. Bu yerin strateji əhəmiyyəti də varıydı, Bakıxanov metrostansiyası tikiləcəyi nəzərdə tutulmuşdu. Hələ o zaman Bakı metrosunun rəisi Tağı Əhmədov idi. Sabunçu Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən milli.az-a bildirilmişdi ki, həmin ərazi sökülərək genişləndirilir. Söküntü işləri başa çatandan sonra ərazidə park salınacaq. Bundan başqa həmin ərazidə tikilməsi nəzərdə tutulan metronun “Bakıxanov stansiyası” üçün torpaq sahəsi ayrılır. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva o zaman milli.az-a demişdi ki, “Bakıxanov” stansiyasının tikintisi gələcəkdə nəzərdə tutulub. Bakıxanov qəsəbəsində stansiya üçün torpaq sahəsi ayrıla bilər, ancaq tikinti işlərinə başlanmayıb. Ancaq Sabunçuya təyin olunan icra başçısı Adil Vəliyev “Razin stansiyası”nda olan köşkləri, kafeləri, piştaxtaları sökdürüb massivi satdı. İşin qəribə tərəfi budur ki, hələ 2015-ci ildə bu yerdə “Rahat” market tikilməsinə başlanmışdı. Qarşısında böyük lövhə vurulub, tezliklə açılacağı elan edilmişdi. Uzun müddət o lövhə mühasirə alınmış ərazinin hasarından göz deşirdi. İddialara görə, o dövrdə “Rahat” marketlər şəbəkəsi Prezident Administrasiyasının sabiq şöbə müdiri, nurçu qalmaqalından sonra istefaya göndərilən Elnur Aslanova məxsus idi. Ancaq Bakıxanov qəsəbəsinin mərkəzi yerlərindən sayılan bu ərazini alanlar ticarət mərkəzi, restoran, klinika və s. iaşə obyektləri inşa edirlər. Həmin lövhə də götürülüb, “Rahat” market elanı da arxivə gedib. Belə məlum olur ki, “Rahat” market layihəsi baş tutmayıb. Öyrəndiyimiz son məlumata görə, əraziyə 1 milyon verilibmiş. Sakinlər isə bildirirlər ki, stansiyanın yerində nə klinikaya, nə ticarət mərkəzinə, nə də supermarketə ehtiyac var. \\azeuronews.com\\ Geri qayıt |