Əsas Səhifə > Siyasət, Manşet > Gürcüstanda soydaşlarımıza qarşı yeni hərəkətlənmə?!

Gürcüstanda soydaşlarımıza qarşı yeni hərəkətlənmə?!


31-10-2017, 09:36
Gürcüstanda soydaşlarımıza qarşı yeni hərəkətlənmə?!
Oktyabrın 26-da Gürcüstanın Qardabani rayonunda azərbaycanlılarla svanlar arasında toqquşma olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan İctimai Televiziyası yayıb. Televiziya konfliktin rayon kafelərindən birində başladığını bildirib. Belə ki, dava 2 azərbaycanlı və 10 svan arasında yaşanıb. Bundan bir neçə saat sonra gecə 200 svan küçəyə çıxaraq azərbaycanlıların öz dədə-baba torpaqları olan Qardabanidən çıxarılmasını istəyib.

Konflikt o həddə çatıb ki, işə Gürcüstan Daxili İşlər naziri Georgi Mqebrişvili qarışmalı olub. Təcili Qardabaniyə gələn nazir azərbaycanlılarla görüşüb. Görüş zamanı azərbaycanlılardan biri nazirə iradını bildirib və niyə belə konfliktin yarandığını soruşub. Nazir isə hadisəni törədənlərin provokatorlar olduğunu deyib.

“Bu konflikt ayrı-ayrı insanlar arasında baş verib. İmkan vermək olmaz ki, bundan situasiyanın gərginləşdirilməsi üçün istifadə edilsin. Bu, milli konflikt deyil və ondan Azərbaycan və Gürcüstan xalqlarının düşmənləri istifadə etmək istəyir”.

Qeyd edək ki, Tiflisin 33 kilometrliyində yerləşən 15 minlik Qardabani əhalisinin 90 faizini azərbaycanlılar təşkil edir.

Geri qayıt