Əsas Səhifə > Siyasət, Manşet > Mübariz Ağayevin Qubadakı evi yandı...

Mübariz Ağayevin Qubadakı evi yandı...


28-10-2017, 10:57
Mübariz Ağayevin Qubadakı evi yandı...
Quba rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Hadisə dünən gecə saat 23:30 radələrində rayonda yerləşən evlərin birində olub.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, həmin ev rayonun keçmiş icra başçısı Mübariz Ağayevə məxsusdur. Evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə xidmətinin yanğınsöndürmə maşınları cəlb olunub. Yanğın 2 saatdan çox davam edib.
Qeyd edək ki, Mübariz Ağayev Quba ryonunda 2012-2015-ci illərdə icra başçısı vəzifəsində çalışıb.


Geri qayıt