Əsas Səhifə > Siyasət, Manşet > Zərdab rəhbərliyindən şəhidlərin ruhuna sayğısızlıq...
Zərdab rəhbərliyindən şəhidlərin ruhuna sayğısızlıq...26-10-2017, 09:38 |
DİA.AZ: - Redaksiyamıza yazan Zərdab rayon sakini Coşqun Abdullayev olduqca vacib bir məqama toxunur. DİA.AZ vətəndaşın mövqeyini olduğu kimi təqdim edir: "Bura Zərdabın Şəhidlər Xiyabanıdır. Qapısının üstündə adının yazıldığı lövhə olmadığına baxmayın siz. Bu xiyabanda canını Vətən üçün, bizim üçün fəda edən şəhidlərimiz uyuyur. Xiyabanın təmizliyinə söz yoxdur, çox tez-tez alaq otlarından, tikanlardan təmizlənir. Amma ən birincisi odur ki, bu qəbristanlığın nə qapısında, nə də heç bir yerində “Şəhidlər xiyabanı” yazısına rast gəlinmir. Məgər bir lövhə yazıb buradan asdırmaq çox çətindir ki? Onlar bizim üçün canlarından keçiblər, biz onlar üçün nə etmişik? Xiyabanın qarşısında bənd salınıb, amma bu bəndin üzərində araldan bərk gəlib kecəsən. Halbuki, buranın bəndini ləğv etmək çətin məsələ deyil. Xiyabanın ərazisinə döşənən üzlük bərbad vəziyətdədir. Bunu da,nəzərə almaq lazımdır. Bu çatışmazlıqları dövlət hesabına vəsait ayırıb həll etmək mütləqdir. Unutmayaq ki, bu xiyaban şəhidlərin məzarlığıdır, əlimizdən başqa şey gəlməsə də burda abadlıq işləri aparmaq bizim üçün çətin deyil. Səlahiyyətli şəxslərdən xahiş edirik, həm də şəhid ailələrinin adından xahiş edirik bu işlərə diqqət göstərsinlər, şəhidlərimizin məzarlığına ehtiramla, diqqətlə və hörmətlə yanaşsınlar". dia-az.site olaraq əlaqədar qurumları da dinləməyə hazırıq... Geri qayıt |