Əsas Səhifə > Siyasət, Manşet > Əzəli rəqiblərin biznes çəkişməsi...

Əzəli rəqiblərin biznes çəkişməsi...


6-09-2017, 09:00
Əzəli rəqiblərin biznes çəkişməsi...
Nəqliyyat naziri Ziya Məmmədovdan sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələcək. Bu haqda cumhuriyyet.az-a daxil xəbərdə Ziya Məmmədovla bağlı başlayan prosesin əslində hakimiyyətdəki “oliqarx ovu” planının tərkib hissəsi olduğu qeyd olunur. Mənbə bildirib ki, Kəmaləddin Heydərov daxil olmaqla “Naxçıvan klanı”- nın təzyiqlərini yaxın bir neçə ayda tam zərəsizləşdirmək qərara alınıb. Təbii ki, bu klanın başında dayananların biri FHN rəhbəri, özünə xeyli siyasi və iqtisadikapital yığmış Kəmaləddin Heydərovdur.
Hakimiyət daxilindən verilən özəl məlumatlara görə, Kəmaləddin Heydərovun baş nazir, daha sonra isə vitse-prezident olmaq iddiası və son zamanalr bu iddiaları ilə bərabər təsir imkanlarının, iqtisadi və siyasi gücünün artması “fövqəlnazir”- i zərəsizləşdirmək düşüncələrini qətiləşdirib. Bütün bunlarla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, artıq FHN şefinin həyata keçirdiyi və ya rəhbərlik bir sıra iqtisadi və siyasi layihələr demək olar ki, dayandırılıb. Artıq onun bütün sahələrdə təftiş olunması, yoxlanılmasına başlanılıb. Eyni zamanda etibar edilən və böyük vəsaitlər ayrılan bir sıra sahələrdə fövqəlnazir ona bəslənən ümidləri doğrultmayıb. Vəsaitlər mənimsənilib, hökümətin və ölkənin yerli və beynəlxalq ictimaiyyəti tərəfindən “qara siyahı”- ya düşüb. Kəmaləddin Heydərov ölkədə bir çox sahələr faktiki olaraq monopoliyaya və nəzarətə alıb. Ölkəyə idxal olunan və ölkədənixrac olunan bir çox mallara FHN şefi birbaşa əl qoyub. Dövlət Gömrük Komitəsi də onun nəzarəti altındadır. Yəni o istənilən vaxt ölkədə iqtisadi gərginlik, süni bahalıq və ya infliyasiya yaratmağa təsir edə bilər. Bir çox iqtisadi vasitələr onun əlində cəmləşib. K. Heydərov həm də bu baxımdan da hakimiyyət üçün təhlükəlidir.
2013- cü il prezident seçkilərinə qədər olan mühüm hissə və seçkinin əhəmiyyətli bir hissəsi K. Heydərova tapşırılmışdı. Ona hakimiyyətə loyal, üzü yola müxalifət formalaşdırmaq tapşırılsa da o bu vəzifənin öhdəsindən gələ bilmədi. Onun yaratdığı və seçkilərə qoşduğu qondarma “Naxçıvan klanı”-nın müxalif namizədləri yerli və beynəlxalq ictimaiyyətin gözündə İlham Əliyevə qarşı əks effekt yaratdılar. Naxçıvanlıların təbrincə desək “donqili müaxlifətçilik”- dən o yana gedə bilmədilər.
Media sahəsində son 10 ildə nə qədər elektron və çap məhsulları mediası yaratsa da, müxtəlif holdinqlər qursa da bu sahədə də başarılı ola bilmədi. Müxalifət mediasına uduzur. Onun nəzarətində olan media qurumlarının texniki resurlsları, işçi heyəti, maaşları yüksək olsa da tirajı və izlənmə sayı azdır. Bəsit və məddah məlumatlar, verilişlər oxucu tərəfindən qəbul edilmir. Çoxlu saylı çap vəelektron media quruluşları etimadı və onlara qoyulan investisiyaları doğrultmadı. Digər tərəfdən sosial şəbəkələr və internet üçün hakimiyyətin ayırdığı milyonlar da onu bu sahədə müxalifətə uduzdurur.
Qeyd edək ki, sabiq və indiki nazirlər arasında ən böyük biznes imperiyasının da Kəmaləddin Heydərova və ailəsinə məxsus olduğu deyilir. Mətbuatda dərc olunan və indiyə qədər təkzib olunmayan məlumatlara əsaslansaq, “fövqəlnazir”in 300-ə yaxın şirkətə nəzarət etdiyini söyləmək olar. “Gİlan Holding” özü də ayrılıqda onlarla şirkəti özündə birləşdirən – tikinti, turizm, sənaye sahələri başda olmaqla müxtəlif biznes növləri ilə məşğul olan nəhəng biznes strukturudur. Son günlər ölkənin ən böyük şirkətlərindən biri olan “Gilan Holding”lə bağlı təzadlı məlumatlar yayılır. Bu məlumatlara görə, bir neçə gün əvvəl “Gilan Holding”in sahibi dəyişib. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə “Gilan Holdinq”in inşa etdiyi binalar başqa bir şirkətin tikililəri kimi təqdim edilməyə başlayıb. Bu sırada Dövlət Statistika Komitəsi ilə üzbəüzdə yerləşən “Gilan Holding”ə məxsus üç, “Lider” telekanalı ilə Torpaq və Xəritəçəkmə Komitəsinin arasındakı bir və Tbilisi prospektində “Çıraq-Plaza” ilə üzbəüzdəki binanı göstərmək olar. Bu yaxınlara qədər sözügedən binaları inşa edən şirkət kimi “Gilan Holdinq” göstərilirdi. Həmçinin satış və kreditlə bağlı elanlarda da “Gilan”ın adı keçirdi. Lakin indi “Gilan Holdinq” “Qaya” şirkəti ilə əvəzlənib. “Qaya” şirkətinin kimə məxsus olduğunu öyrənə bilmədik. Lakin araşdırmalarımız nəticəsində belə bir məlumat əldə etdik ki, həmin binalar “Gilan”dan alınıb. Təsdiq olunmamış digər bir məlumata görə isə, “Gilan” bütövlükdə “fövqəlnazir”in əlindən alınır və artıq təhvil-təslim işlərinə başlanıb: “Bu böyük holdinqin müəyyən hissələri isə Azərbaycana qayıdaraq geniş biznesə start verən sabiq nazir Fərhad Əliyevə tapşırılır”.

Geri qayıt