Əsas Səhifə > Siyasət, Manşet > "Canpolad Vəliyevin qanunsuz əməlləri barədə etdiyim şikayətdən sonra..."

"Canpolad Vəliyevin qanunsuz əməlləri barədə etdiyim şikayətdən sonra..."

15-08-2017, 09:02
"Canpolad Vəliyevin qanunsuz əməlləri barədə etdiyim şikayətdən sonra..."
DİA.AZ: - Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu DİA.AZ-a daha bir şikayət məktubu yollayıb. Məktubda deyilir:

"Mətbuatda 15 gün əvvəl DSMF-nin Zərdab rayon şöbəsinin rəisi Canpolad Vəliyevin qanunsuz əməlləri barədə etdiyim şikayətdən sonra bizim ailəyə təzyiqlər başlayıb. DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev əlaltılarını evimizə göndərib məni həbs etdirəcəyi ilə hədələyir.

Mən ümüd edirdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov harınlamış məmur Canpolad Vəliyevi cəzalandırıa ancaq əksinə oldu məni həbs etdirməklə hədələyir.Sonra mənə məlum oldu ki, Canpolad Vəliyev kasıb-kusubun qanını sovurub əldə etdiyi kapitalın müəyyən faizini Nazirliyə verirmiş. Elə buna görə də bizim ailəyə söz göndərib ki, sənin özünü həbs etdirəcəm şikayət etməyinin xeyri yoxdur mənim arxamda nazirlik dayanır. Mən bir daha mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm bizə kömək edin yataq xəstəsi 1-ci qrup əlilil qaraşım Fəridin pensiyasını kəsdiyi üçün yazdığım ərizəyə görə məni məhkəməyə verib 5000 manat təzimat tələb edən DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəlievin saxta qanunsuz fəaliyyətini ciddi araşdırıb onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz".

Daha sonra narazı vətəndaş dia-az.site-a yazır: "Xatırladım ki, anadan gəlmə şikəst 1-ci qrup əlil və yataq xəstəsi olan qardaşım Əbülhəsənli Fərid Ağahəsən oğlunun təqaüdünün azaldırlmasına etiraz olaraq yazdığım şikayət ərizələrinə görə DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev mənə qarşı məhkəmədə iddia qaldırıb məndən 5000 manat təzimat tələb edir.Guya mən Canpolad Vəliyevin qanunsuz əməlləri barədə mərkəzi orqanlara yazdığı şikayət ərizələrimdə onun şərəf və ləyaqətini alçaldıb işgüzar nüfuzuna xələl gətirmişəm.Qeyd edim ki, qardaşım 21 yaşlı Fərid anadangəlmə şikəst olmaqla 1-ci qrup əlilldir və yataq xəstəsidir.Yeriyə bilmir güclə danışır.Danışanda da nitqini başa düşmək olmur.Çox acənacaqlı yoxsulluq həddində yaşayırıq. Bizim yaşayışımızı görən hər bir vicdanlı şəxs dəhşətə gəlir ki, belə bir şəraitdə yaşayırıq.Atam 20 il əvvəl vəfat edib.Qoca anam, iki azyaşlı uşağım, həyat yoldaşım birdə əlil yataq xəstəsi olan əlil qardaşım bir yerdə uşuq sökük daxmada yaşayırıq.Ailəmizdə heç kəs işləmir".

Geri qayıt