Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvanın “fövqəlnaziri” ilə bağlı şok faktlar açıqlana bilər
Naxçıvanın “fövqəlnaziri” ilə bağlı şok faktlar açıqlana bilər27-07-2017, 10:09 |
Son vaxtlar Naxçıvan Muxtar Respublikasında baş verən olaylarla bağlı ölkə mediasında xeyli yazılar dərc olunur. Əlbəttə yazılanların hamısının həqiqət olduğu iddiasında deyilik. Amma xəbərlərin rəsmi şəkildə təkzib olunmaması əsas verir ki, yazılanların şaiyə olmadığı nəticəsinə gələk. İlk öncə, mətbuatda Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun ölkədən qaçması, sonra ev dustağı edilməsi, hətta işdən azad edilməsi, fəaliyyətinin təftiş edilməsi xəbərləri yayıldı. Ancaq bu xəbərlərin heç biri təkzib edilmədi. Görünür, atalar demişkən, od olmasa tüstü çıxmaz. Bu gün isə QAFQAZXEBER.AZ-a daxil olan məlumata görə Muxtar Respublikanın fövqəladə hallar naziri Şamı Abdullayev də nazir Əhməd Əhmədovun toruna düşənlərdən biri olub. Belə ki, vaxtı ilə kimlərinsə “krışası” altında nazir təyin olunan Şamı Abdullayev sonradan xəyanət yolunu tutaraq Əhməd Əhmədovun “çətiri” altına keçib, onun komandasına transfer edib. Ancaq QAFQAZXEBER.AZ –a daxil olan məlumatdan bəlli olur ki, Əhməd Əhmədovun Şamı Abdullayevə qarşı özəl planı olub. Əhməd Əhmədov fikirləşib ki, əgər Şamı Abdullayev onu nazir vəzifəsinə gətirənlərə qarşı xəyanət edibsə, deməli bir gün Əhməd Əhmədova da qarşı xəyanət edəcək. Buna görə də Əhməd Əhmədov bir dar dairədəki məclisdə Şamı Abdullayevin müxtəlif pozadan fotolarını çəkdirərək həmin fotolarla nazir Şamı Abdullayevi şantaj edib. Muxtar Respublikadan QAFQAZXEBER.AZ –a daxil olan məlumata görə, həmin fotolar Şamı Abdullayevin nazir postunda qalıb-qalmamasına təsir edəcək dərəcədə qiymətlidir. Ona görə də Şamı Abdullayev həmin şəkillərin mətbuata yol tapmaması üçün dəridən-qabıqdan çıxır. Yeri gəlmişkən, daxil olan məlumatda Muxtar Respublikada DİN-nin Daxili Qoşun qarnizonunda yoxlamar başlandığı da bildirilir. Geri qayıt |