Əsas Səhifə > Siyasət, Manşet > Abşeron İcra Hakimiyyətinin işçiləri atəşə tutulub
Abşeron İcra Hakimiyyətinin işçiləri atəşə tutulub17-07-2017, 12:21 |
Abşeron rayonunda silahlı insident baş verib. “Report”un məlumatına görə, Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb. Abşeron Rayon Prokorurluğundan “Report”a verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Geri qayıt |