Əsas Səhifə > Siyasət, Manşet > “Florido” şirkəti tərəfindən Azərbaycan bayrağına qarşı təhqir
“Florido” şirkəti tərəfindən Azərbaycan bayrağına qarşı təhqir27-06-2017, 09:57 |
Azərbaycanın mühüm dövlət atributu olan üçrəngli bayrağımıza və ölkəmizin xəritəsinə qarşı daha bir sayğısızlıq edilib. Kivnews.com-un məlumatına görə, teleaparıcı İlkin Həsəni sosial şəbəkədə Azərbaycan bayrağının üzərində həkk olunmuş xalçanın şəkilini paylaşaraq "Florido şirkəti ayaq altına səriləcək "yaxşı məhsullar" təklif edir" statusunu paylaşıb. Bu şəkillər isə sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Əksər istifadəçilər “Florido” şirkətini ciddi tənqid ediblər. Bildirək ki, şəkillərdə görünür ki, “Florido” şirkətinin istehsalı olan məhsullarda Azərbaycan bayrağı və xəritəsi ayaq altına sərilən kiçik ölçülü “süni xəz”lərin üzərində həkk olunub. Qeyd edək ki, bu marağı yalnız “qaz vurub qazan doldurmaq” olan işbazların çirkin və rəzil əməli olmaqla yanaşı, Azərbaycanın milli və dövlət atributlarına qarşı sayğısızlıqdır. Paytaxtın böyük ticarət mərkəzlərindən olan “Master Tibot”da bu üzdəniraq məhsulun qiyməti əvvəl 526 AZN, hazırda isə 175.99 AZN-dir. Hesab edirik ki, ölkənin hüquq-mühafizə orqanları, istehlak bazarına nəzarət edən qurumlar dərhal məsələyə müdaxilə etməli, bu məshulların bazarlardan yığışdırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Geri qayıt |