Əsas Səhifə > Siyasət, Manşet > Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur
Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur20-06-2017, 09:10 |
DİA.AZ: - Zərdab rayon sakinləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Məktubda deyilir: "Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Bu yolun tikintisi üçün dövlət büdcəsindən ayrılmış küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü il tarixdə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür. Bu yolun tikintisini Xəqani Kazımovun rəhbərlik etdiyi Azəryolservis ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirmişdir.Xəqani Kazımov hazırdı Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun müavinidir.Görünür talançılıq bacarığına görə Cavid Qurbanov onu özünə müavin təyin etdirmişdir. Xəqani Kazımovun talançılığı nəticəsində sakinlər əziyyət çəksədə övladları kef-damaq içində yaşayır.Onun oğlu Səbail rayon prokurorluğunun əməkdaşı olan Vüsal Kazımov bahalı avtomobilərin kolleksiyası xəstəsidir. Həmin bahalı avtomobillər Zərdab-Mollakənd yolunda hərəkət etsə dərhal xarab olar. 43 km uzunluğu olan Zərdab-Mollakənd yolunun yararsız hala düşməsinin səbəbkarı olan Xəqani Kazımovun talançılıq əməllərinin araşdırılmasına zərurət var". Daha sonra dia-az.site-a daxil olan müraciətdə deyilir: "Biz Zərdab rayon sakinləri həmin rayonun deputatı olan Jalə Əliyevadan xahiş edirik ki, bir dəfə Zərdaba həmin yolla gəlsin və tədbir görülməsi məsələsini Milli Məclisin iclasında qaldırsın. Zərdab rayonunun deputatı Jalə xanım yolunuzu gözləyirik". dia-az.site bildirir ki, şikayət məktubunu aşağıdakı şəxslər ünvanlayıb: Rəfiyev Faiq Soltan oğlu Abbasov Adil Qadir oğlu Qasımov Nazim Oruc oğlu Məmmədov Abdulkərim Hüseyn oğlu Paşayev Kərim Lazım oğlu dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |