Əsas Səhifə > Siyasət, Manşet > Emin Millinin milliliyini inkar edən FAKT

Emin Millinin milliliyini inkar edən FAKT


13-06-2017, 10:54
Emin Millinin milliliyini inkar edən FAKT
Mənzil gərərgahı Avropa ölkələrindən birində yerləşən və Azərbaycanda radikal müxalif profilli KİV kimi tanınan “Meydan TV”-nin Azərbaycanın konstitusion quruluşunun əleyhinə fəaliyyət göstərən separatçı dairələrlə ciddi iş birliyində olmasına dair təkzibedilməz dəlillər ortaya çıxıb. Azinforum.az bildirir ki, belə bir əlaqənin olmasını MeydanTV-nin özü yayımladığı materallar vasitəsilə təsdiq etmiş olur. Onların son günlər ərzində hazırda həbsdə olan Əfqan Muxtarlı barədə hazırladıqları videomaterialların sonunda sözügedən KİV-in Avropada qeydiyyatdan keçən CODA adlı bir təşkilatla əməkdaşlıq etdiyi açıq yazılır. Azinforum.az apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, CODA adlı təşkilat hazırda Azərbaycan dövlətçiliyi əleyinə separatçılığı dəstəkləyən fəaliyyət göstərən və son illər ərzində bir necə dəfə Ermənistana səfər edən Əlikram Hümbətova məxsusdur.
Həmin təşkilata sədirliyi Əlikram Hübmətovun oğlu Tural Hümbətov edir. CODA ilə Talış Azadlıq Hərəkatı adlı təşkilatın mənzil qərərgahı da Avropa ölkələrindən birində olan eyni ofisdə qərarlaşıb. Tural Hümbətovun 2 ilə yaxın bir müddətdir ki, Avropa Parlamentində dövləti olmayan xalqların təmsilçisi kimi fəaliyyət göstərdiyi bildirilir. Hollandiyia mətbuatında dərc edilən materialları araşdırarkən məlum oldu ki, əslində Emil Milli ilə Əlikram Hümbətovun bir-birinə bəslədiyi sevginin kökləri hələ 2010-cu ilə gedib çıxır. Həmin vaxt CODA Azərbaycanın Hollandiyadakı səfirliyinin önündə Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz aksiyası keçirib.
Azərbaycan hakimiyyətinə qarşı radikal mövqeyilə tanınan və daima dövlətçilik maraqlarını önə çəkməkdə maraqlı görünən kimi təəssürat yaratmağa çalışan “Meydan TV”-nin ermənilərlə əlbir fəaliyyət göstərdiyini açıq şəkildə bəyan edən Əlikram Hümbətovla bir səngərə girməsi çox maraqlı və absurd görünür.

Emin Millinin milliliyini inkar edən FAKT
Foto 1 – CODA ilə MEYDAN TV əməkdaşlığı sübut olunur.

Emin Millinin milliliyini inkar edən FAKT
Foto 2 – CODA sədrinin Əlikram Hümbətovun oğlunun olması faktı

Emin Millinin milliliyini inkar edən FAKT
Foto3 – CODA 2010-cu ildə Emin Millinin həbsinə etiraz aksiyası keçirib.

Geri qayıt