Əsas Səhifə > Siyasət, Manşet, foto > "Qırmızı Körpü"də kimin qanunları keçərlidir?

"Qırmızı Körpü"də kimin qanunları keçərlidir?


23-05-2017, 09:05
"Qırmızı Körpü"də kimin qanunları keçərlidir?
Azərbaycan – Gürcüstan gömrük keçid məntəqəsində Azərbaycan vətəndaşlarının incidilməsi, halları haqqında mətbuatda dəfələrlə yazılmasına baxmayaraq, “Qırmızı Körpü” gömrük keçid məntəqəsində baş verən qanunsuzluqlar səngimək bilmir.
Gömrük məntəqəsində incidilən şəxslərdən biri adının çəkilməsini istəməsə də, gömrükdə alternativ qanunların yaradıldığını deyib: “Keçid məntəqəsində Azərbaycan dövlətinin qanunlarına alternativ qanunlar yaradıblar. Biz Azərbaycan Respublikasının qanunlarını bildiyimiz üçün, gömrük işçilərinin etdiklərinin qanunlara zidd olduğunu dedikdə, Onların cavabı bu olur, biz nə edirik düz edirik, şikayətiniz varsa gedin hara istəyirsinizsə şikayət edin. Gömrük işçilərinə Azərbaycan Respublikasının Prezidentinin gömrük qaydaları ilə bağlı fərmanlarını və dövlətin qanunlarını çatdırmağımıza baxmayaraq, nə istəyirlər onu da edirlər.
Gürcüstandan Azərbaycana gələrkən gömrük işçiləri tərəfindən incidilən Rəşad Mustafayev bildirib ki, gömrükdə haqlarını tələb edəndə Gömrük işçiləri Qazax rayon polislərini çağıraraq haqlı vətəndaşı cərimələtdirirlər: “Sınıq Körpü” gömrük keçid məntəqəsində mülki geyimdə olan Rəşad adlı şəxs tərəfindən 3 blok siqaret, 3 litr sipirtli içki əlindən alınaraq müsadirə edilib. Əlimdən alınan mallar anbara qoyulduqdan sonra, gömrük aktında 1 blok siqaret, 1 litr spirtli içki kimi qeyd edildi. Mən bununla bağlı narazılığımı qeyd etsəm də, əlimdən alınan malların sayı bir tərəfə, tələb etsəm də ala bilmədim. Gömrükdə kim haqqını tələb etmək istəyir, Qazaxdan polis çağırıb həmin şəxsi cərimələtdirirlər”.
\\nia.az\\
Geri qayıt