Əsas Səhifə > Siyasət, Manşet > Şamaxıda başçı ilə müavininin münasibətləri gərilib
Şamaxıda başçı ilə müavininin münasibətləri gərilib22-05-2017, 09:41 |
Qasım Qasımov Asif Ağayevin yerinə hazırlaşır Bu barədə yerli mənbələrdən məlumat daxil olub. Şamaxının icra başçısı postuna göz dikən 1-ci müavin yuxarıdakı əlaqələrini işə salıb. Q.Qasımovun A.Ağayevə qarşı çizdiyi siyasi ssenari icra başçısının rayondan getməsinə nail olmaqdır. Onsuz da qeyri-rəsmi olaraq 1-ci müavin Şamaxıda hegemonluq edir. Qasım Qasımovun rəhbərliyi altında Şamaxıda tayfabazlıq, qohumbazlıq hökm sürür. İşçilər savadına, bacarığına görə deyil məhz padar olduğuna görə vəzifəyə təyin edirlər. Quşçu və Göylər kəndlərinin əhalisi padarlardan 10 dəfə çox olmasına baxmayaraq bu kəndlərin savadlı gənclərindən 1 nəfər də olsun rəhbər vəzifələrdə yoxdur. Bu Qasım Qasımovun devizidir. Padar deyilsənsə sənə iş yoxdur. Qasım Qasımov 20 il bundan qabaqki, illərin qisasını alır. O, 1995-ci ildə deputatlığa namizədliyini irəli sürmüşdür. Həmin illərdə o, müxalifətdə idi, dövlətə qarşı nümayişlər təşkil edərkən, dövlətin keşiyində duran insanlar onu o yoldan çəkindirməkdən ötrü onun dövlət əleyhinə olan nümayşlərinə etiraz etmişlər. İndi isə hal hazırki, vəzifəsindən sui istifadə edərək o vaxt iqtidarda olanlardan indi qisas alır. Müxtəlif bəhanələrlə onlara töhmət yazdırır, işdən azad etdirir Q.Qasımov ətrafına padarları toplayıb və A.Ağayevə qarşı bir qruplaşma yaradıb. Məqsəd rayonun icra başçısı olmaqdır və bütün qüvvələrini səfərbər edib. İddialara görə, yaxın çevrəsində də başçı gedəcəyini deyib. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin rayonda başçı olub olmadığı hiss olunmur. O, gündə 7 saat kabinetdə oturmaqla gününü keçirir. Küçələr, səkilər dağılıb gedir. İnsanlarda çox böyük ruh düşkünlüyü yaranmışdır. Hətta şəhərin mərkəzi sayılan Şirvan klubu və onun qarşısı biabırçı vəziyyətdədir. Həmişə yaşıl ağaclar vəhşicəsinə kəsilir, heç kimsə dillənmir. Asif Ağayev rayonda İcra Hakimiyyətinin başçısı olduğu 3 il ərzində heç-bir iş görməyib. Dövlət büdcəsindən abadlıq üçün ayırılmış pullar hara sərf olunub bilinmir. Komissiya vasitəsi ilə 1 sutka ərzində bu işləri yoxlayıb sonuna çatmaq olar. Yuxarılara ötürülən statistik məlumatlar hamısı yalandır, saxta uydurmadır. xalqxeber.az Geri qayıt |