Əsas Səhifə > Siyasət, Manşet > 452 min manatlıq uduş: "Topaz"ın fırıldağı, yoxsa reallıq?
452 min manatlıq uduş: "Topaz"ın fırıldağı, yoxsa reallıq?19-05-2017, 09:36 |
“Topaz” ötən il olduğu kimi, bu il də mərc həvəskarlarını şirnlikləndirməkdə maraqlıdır. Yeniçağ.Az xəbər verir ki, mərc şirkəti bu dəfə Xəyal adlı şəxsin 452 min 500 manatlıq uduşunu reklam edərək, insanları qumara dəvət edir. “Topaz”ın yaydığı xəbərə görə, adıçəkilən şəxs fantastik məbləği ümumi olaraq 34 kuponun hesabına qazanıb. Maraqlıdır ki, o, hər bir kupona 300 manatlıq mərc edib. Bu isə ümumilikdə 10 min 200 manatlıq mərc deməkdir. Belə olan halda isə sual yaranır: 10.200 manatı olan şəxs “Topaz” oynayarmı? Tutaq ki, bu riski gözə almısınız. Bəs, eyni oyunların yer aldığı kuponun hər birinə 300 manat yatırarsınız? Hər halda kiminsə belə risk edəcəyi inandırıcı deyil. Çünki 10 oyundan biri proqnoza uyğun gəlməsə, bu, 10.200 manatın “yanması” deməkdir. Çox güman ki, bu, reallıq yox, “Topaz”ın Xəyal adlı şəxsin adı altında uydurduğu xəyalının məhsuludur. Bunu şirkətin PR-ı üçün düşünülmüş ucuz reklam da adlandırmaq olar. Çünki burada mərc şirkəti maraqlı olan tərəfdir. Qeyd edək ki, qanuni qumar hər adama xoşbəxt anlar yaşatmır. Dövrü mətbuatda “Topaz”a görə intihar edənlərə, dağılan ailələrə, cinayətlərə aid onlarla xəbərə rast gəlmək olar. Geri qayıt |