Əsas Səhifə > Siyasət, Manşet > Beyləqanda vəziyyət uruscadır...

Beyləqanda vəziyyət uruscadır...


14-04-2017, 09:00
Beyləqanda vəziyyət uruscadır...
Keçən yazımızda qeyd etdiyimiz kimi Beyləqan rayonunda məmur özbaşınalığı dözülməz həddə çatıb. Belə ki, “Beyləqanda özbaşınalıq - Yalçın Ağayev Ekologiya nazirinin əmrinə qarşı...” sərlövhəli yazımızda həmin şəxslərin hansı qanunsuz əməllərin sahibi olduğu bəyan edilmişdir. Bütün bu məlumatların dərc edilməsindən sonra məlumat axınının ardı-arası kəsilmək bilmir. Şikayət dolu məlumatlarda qeyd edilir ki, Yuxarı instansiyalar yerli işbaz məmurlar tərəfindən aldadılmaqdadır. Yalçın Ağayevin Ekologiya nazirini saymaması azmış kimi müavini olduğu bələdiyyənin sədridə eyni tərzli digər nazirin əmrlərini heçə saymaqdadır.

Vəzifə səlahiyyətini aşan Bələdiyyə sədri Sahib Cəfərov Ziyad oğlu 20-30 hektar ərazini zəbt edərək şəxsi biznesini qurmuşdur. Prezidentin çıxışlarında qeyd edib ki, bələdiyyə torpaqlarında pambıq əkin sahələri yaradılsın. Ölkə rəhbərinin çıxışından sonra bütün bələdiyyə torpaqları pambıq əkin sahələrinə verilsədə S.Cəfərov ixtiyarında olan 20-30 hektar torpağı həmin təyinat üzrə istifadəyə deyil, öz şəxsi maraqları üçün istifadə edir. Bu sahələrə yonca və taxıl əkilməsinə və şəxsi gəlirini artırmaqa yönəldibdir. Bunun sayəsində isə özü və ailə üzvlərinin bahalı avtomobilərlə təmin etməyə nail olmuşdur. Həmin avtomobilərində hansı yollarla əldə edilməsi barəsində geniş araşdırma yazımız olacaqdır. Bundan əlavə bələdiyyəyə məxsus olan pambıq əkini üçün ayrılmış torpaqları zavodla müqaviləsinidə məhz S.Cəfərov özü imzalayıb. Həmin torpaqlarda əkilib zavodlara verilən pampıqlardan gələn vəsaitdə Sahib bəyin şəxsi büdcəsinə getməkdədir. Dünyamallar kənd bələdiyəsinin qanunsuzluğu bununlada bitmir. S.Cəfərovun qardaşı oğlu Yalçın Cəfərov Nadir oğlu Dünyamallılar kənd suvarma rəisi işləyir. Apardığımız araşdırmalardan məlum olub ki, Yalçın Cəfərov 8-ci sinif natamam orta təhsillidir. Nataman təhsilli olduğu halda Su Melorasiyanın nəzdində necə rəis vəzifəsində işləyə bilir. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin min bir əziyyətlərin yerə vuran işbazlar peyda olub. Yalçın Cəfərov MST-nin Dünyamallılar kəndində olan idarə rəisi vəzifəsinə hansı savadı ilə yiyələnməsiylə bağlı gələn yazımızda geniş məlumat verəcəyik.

Ardı var...

Redaksiyadan: yazıda adları qeyd edilən şəxslərin hər biri ayrı ayrılıqda dinləyib mövqeylərini dərc etməyə hazırıq...

BakuNews.az

Növbəti yazımızda:
1) Yalçın Ağayev hansı vəzifəli şəxsin adından süi-istifadə edir
2) Süni gölünü himayə etmək üçün yol idarəsində baş mühasiblik vəzifəsi ona nələri vədd edir
3) Sahib Cəfərov qanunsuz torpaqları zəbt edərək vətəndaşların adından zavodla müqaviləni necə bağlayıb və pambıqdan gələn milyonlar hara gedir?

Geri qayıt