Əsas Səhifə > Siyasət, Manşet > “Mətbuatda milyonları mənimsədiyi yazılıb, niyə reaksiya vermir?!”
“Mətbuatda milyonları mənimsədiyi yazılıb, niyə reaksiya vermir?!”13-04-2017, 08:49 |
Bakı şəhəri Səbail rayonu Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbinin keçmiş tar müəllimi Ağakərim Kərimovun həmin məktəbdə ona qarşı göstərilən ədalətsiz münasibət üzündən 2007-ci ildən indiyədək işsiz qaldığını bildirir. Hazırda da işsiz olan musiqi müəllimi Hurriyyet.org-a bildirdi ki, illər əvvəl işlədiyi məktəbə yenidən bərpa olunmaq istəyir, amma müraciətlərinə baxılmır. Onun fikrincə, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində əvəzsiz xidmətlər göstərmiş mərhum bəstəkar Cövdət Hacıyevin 100 illik yubileyinin akeçirilməsi dını daşıdığı məktəbdə keçirilməsi yaxşı hal olsa da, məktəb rəhbərinin qanunsuz əməlləri bəstəkarın şəninə keçirilən yubiley törəninə də xələl gətirir. Musiqi müəllimi keçmiş direktorunu qanunsuz əməllərdə ittiham eləyir Məktəbin rəhbəri Məhin Orucovanı qanunsuz əməllərdə ittiham edən şikayətçinin sözlərinə görə, o da daxil olmaqla məktəbdə 6 müəllim direktoru məktəbdə “ölü canlar” saxlamasına, ona tabe olan müəllimləri saxtakarlığa sövq etməsinə etiraz əlaməti olaraq prokurorluğa şikayət etməsi onların əleyhinə işləyib. Nəticədə o da daxil olmaqla həmin müəllimlərdən yalnız biri istisna olmaqla vəzifələrini itiriblər. Çünki direktor M.Orucova şikayət etmiş müəllimlərə qarşı qərəzli və qisasçılıq mövqeyi tutub. Məsələ ilə əlaqədar 3 saylı məktəblə əlaqə saxladıq. M.Orucova bizi məktəbə dəvət eləyərək bildirdi ki, irəli sürülən ittihamlar əsassızdır, bunu sübut eləmək üçün onun əlində tutarlı sənədlər də var. Ötən həftə A.Kərimova da müraciət eləyib 3 saylı məktəbə getdik. Məktəb direktoru, müavini, məktəbin təsərrüfat işləri üzrə müdiri və vaxtilə 6 nəfərin direktorun əleyhinə şikayət edənlərin digər birinin iştirak elədiyi görüşdə A.Kərimovla onlar arasında uzunmüddətli mübahisə oldu. Direktor isə naxçıvanlı olduğu üçün vaxtilə ona qarşı kampaniya aparıldığını iddia eləyir Direktor bildirldi ki, məktəbə yeni rəhbər təyin edildiyi vaxtda A.Kərimova qarşı heç bir qərəzi olmayıb, hətta xəstə olduğu üçün tar müəlliminin müalicəsinə də bir insan kimi yardım göstərib. A.Kərimov işində intizamsızlıq eləyib, direktor onu intizama çəkmək istəyib. Bütün bunların müqabilində A.Kərimov məktəb direktorunun Bakıdan olan keçmiş müavinlərindən biriylə əlbir olub, direktora qarşı qruplaşma yaradıb. Çünki direktorun bakılı deyil, naxçıvanlı olması kolllektivdə bir qrupa qıcıq yaradıb. A.Kərimov isə M.Orucovanın qanunsuz fəaliyyəti, milyonlarla manat rüşvətin mənimsənməsi haqda mətbuatda yazılanlara direktorun indiyədək heç bir arqument tapa bilmədiyini əsas gətirib, haqlı mövqedə olduğunu bildirdi. “Mətbuatda milyonları mənimsədiyi yazılıb, niyə reaksiya vermir?!” Direktor isə cavab verdi ki, prokurorluq orqanları məktəbdə araşdırma aparıb, rüşvət faktoruna dair ittihamların əsassız olduğu sübuta yetirilib. “Bakılılara yad” direktorla A.Kərimov arasında məhkəmə çəkişməsi də olub, bir neçə mətbu orqan direktorla bağlı itihhamlara görə təkzib də verib. A.Kərimov isə cavabında dedi ki, bəzi populyar mətbu orqanlar təkzib verməkdən imtina eləyib. Söhbət zamanı A.Kərimovun məktəbə bərpa olunması və bu lüzumsuz yazışmalara son verilməsi məsələsi də təklif olundu. A.Kərimov direktoru ittiham etdi ki, onun başqa məktənlərdə işə düzəlmə cəhdlərinə də vaxtilə M.Orucova mane olur. Direktor isə bu ittihama israrla etiraz eləyərək dedi ki, A.Kərimovun mətbuatda əmək kitabçasını geri ala bilməməsi haqqında yazıdqları da əsassızdır. O, əmək kitabçasını və A.Kərimovun son haqq-hesabını vermək istəyib, amma o, götürməyib. A.Kərimov isə əmək kitabçasını geri götürmək yox, işə bərpa olunma tələbində olduğunu dedi. “Tar müəllimi sevimli işiylə məşul olsa, iftira yazmaz” Direktor cavab verdi ki, onun daha müəllimləri məktəbə işə qəbul eləmək səlahiyyətləri yoxdur, bunun üçün tar müəllimi müəllimlərin işə qəbul imtahanından keçməlidir. Onu da əlavə elədi ki, o, bir ailə başçısı kimi keçmiş həmkarının işlə təmin olunmasını arzulayır. Çünki hesab eləyir ki, tar müəllimi öz sevimli işiylə məşğul olsa, keçmiş direktor müəvini ilə əlbir olub, iftira dolu yazılara yer verməz. Haqlını, haqsızı elin tərəzisi müəyyənləşdirsin Əlbəttə kimin haqlı kimin haqsız olduğunu müəyyənləşdirmək mətbuatın işi deyil. Hurriyyet.org mətbu orqan olaraq yalnız tərəfləri dinləyib, onların fikirlərini ictimailəşdirmək səlahiyyətinə malikdir. “Elin gözü tərəzidir” prinsipilə təqdim etdiyimiz bu yazının məqsədi də elə odur ki, bu münaqişənin timsalında musiqi təhsili sahəsində baş verənlər tədricən üzə çıxsın, yaranmış neqativ halların aradan qaldırılmasında ictimai qınaq rol oynasın. Hurriyyet.org Geri qayıt |