Əsas Səhifə > Siyasət, Manşet > "Boş iş yerləri var, amma hərəsinin öz qiyməti..."

"Boş iş yerləri var, amma hərəsinin öz qiyməti..."


7-04-2017, 09:24
"Boş iş yerləri var, amma hərəsinin öz qiyməti..."
DİA.AZ: - Qazax rayon Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibovun fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Bildirilir ki, Elçin Nəsibov rayonda əmək yarmarkası keçirsə də, işaxtaranlar işlə təmin olunmur, yarmarka formal xarakter daşıyır.

Məqsəd boş iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, vakant yerlər rüşvət müqabilində satılır.

Rayon sakinlərinin DİA.AZ-a bildirdiyinə görə, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır: "Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib.

Hazırda Qazax Qaz İstismar Sahəsində 3, Mənzil İstismar Sahəsində isə 5-10 boş yer var. Lakin növbədə vakant yerin sayından artıq vətəndaş var. Bundan sui-istifadə edən Qazax rayonu Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədənkənar qəbul edir”.

Növbədə olan vətəndaşların iddiasına görə, 100-150 manat müqabilində vətəndaşlar işlə təmin olunur. Vanakt yerlərin müsabiqəyə çıxarılmaması isə iş axtaranların narazılığına səbəb olur.

P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Geri qayıt