Əsas Səhifə > Siyasət, Manşet > “FVS-İnşaat” MMC əvvəl tikir,sonra rəsmiləşdirir
“FVS-İnşaat” MMC əvvəl tikir,sonra rəsmiləşdirir3-03-2017, 09:00 |
Son illər ölkəmizdəki tikinti şirkətlərinin yol verdiyi özbaşınalıqlar, qanunsuzluqlar , əhalinin başına açdığı oyunlar barədə çox yazılıb, çox deyilib. Bu cür şirkətlər hər kəsin gözü qarşısında istədikləri yeri hasara alır, qısa zaman kəsiyində orada nə varsa söküb dağıdır, yerində tikinti normalarına uyğun gəlməyən hündür mərtəbli binalar tikərək milyonlar qazanırlar. Belə göydələnlərin əksəriyyəti şəhər evlərinin kiçik həyətində, uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında , məktəblərin, bağçaların bir neçə metrliyində inşa edilir. Nəticədə meyvə, dekorativ və həmişə yaşıl ağaclar məhv edilir, sakinlər günəş işığından , oksigendən məhrum olunur və s. Fəaliyyəti ciddi narazılıq doğuran tikinti şirkətlərindən biri də “FVS-İnşaat” MMC-dir. Yeri gəlmişkən,bir neçə gün əvvəl Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialında qeyd olunurdu ki,haqqında ən çox şikayət daxil olan tikinti şirkətlərinin sırasında “FVS-İnşaat”MMC-nin də adı var. Faktinfo.az-a daxil olan şikayət ərizəsində bildirilir ki ,adı çəkilən şirkətin Nizami rayonu Kamil Balakişiyev küçəsində iki 16 mərtəbəli yaşayış binası ucaltması ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Çünki inşa edilən binalara görə, ərazidəki bütün yaşıllıqlar məhv edilib, 214 və 62 saylı məktəblərin ərazisinə müdaxilə olunub, yaxınlıqdakı uşaq bağçasının yolu kəsilib , bir sözlə sakinlər çoxsaylı problemlərlə üz-üzə qalıb,tikinti normaları pozmaqla həyata keçirilir. Yaranmış vəziyyətlə bağlı sakinlər əvvəlcə Nizami Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsinin müdirinin cavab məktubunda bildirilib ki, 15.04.2014-cü il tarixdə “FVS-İnşaat” MMC tərəfindən tikilən iki hündür 16 mərtəbəli binanın layihələndirilməsinə, 02.06.2015-ci il tarixdə bu yaşayış binalarının tikintisinə Bak şəhər İcra Hakimiyyəti, 17.09.2015-ci il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsi, Nizami rayon Sanitar Epidemioloji Stansiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi icazə vermişdir. Halbuki, bir-birinin içində tikilən bu qoşa binanın tikintisinə 2014-cü il noyabrın 27-dən başlanmışdır. Göründüyü kimi “FVS-İnşaat” MMC əvvəl icazə alıb, sonra tikintiyə başlamaq əvəzinə, əvvəl tikinti işərinə başlayıb, sonradan icazə almaq haqda fikirləşib. Bu nə deməkdir? Bu qədər özbaşınalıq, bu qədər qanunları heçə saymaq olarmı? Özü də yeni tikililər şəhər sakinlərinin istifadəsində olan binaların kiçik həyətində inşa edilməklə insanları günəş şüalarından ,oksigendən,rahat gediş-gəlişdən məhrum edilməklə tikilib ki,bu da inşaat normalarına ziddir. Tikintinin sürətlə davam etdiyini görən sakinlər 2016-c ilin avqust ayında Azərbaycan Respublikası Prezident Administrasiyasına və Nazirlər Kabinetinə müraciət ünvanlayıblar. Həmin müraciətlər isə tədbir görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə göndərilib. Agentliyin rəis müavini Təyyar Hüseynlinin sakinlər adından müraciəti göndərmiş Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 46 a, mənzil 46 ünvanında yaşayan Rəfiqə Cəfərliyə yazdığı cavabda bildirib ki, “FVS-İnşaat”MMC tərəfindən tikinti-quraşdırma işləri aparılan zaman pozuntuya yol verildiyi üçün hazırda işlər Agentlik tərəfindən dayandırılıb və nəzarətdə saxlanılır. Göründüyü kimi, Fövqəladə Hallar Nazirliyi bir müddət əvvəl icazə verdiyi tikintinin qanunsuz olduğunu anlayıb və onun inşasını dayandırmaq məcburiyyətində qalıb,çıxılmaz duruma düşüb. Doğrudan da, həmin vaxtdan sonra tikinti işlərinə bir müddət ara verilib. Ancaq son həftələr sanki heç nə olmayıbmış kimi işlər yenidən qızışıb. Hətta 17-ci mərtəbə və 62 saylı məktəbə doğru artırma da tikilməyə başlayıb. Bu vəziyyət isə sakinləri növbəti dəfə hiddətləndirib. Onlar “FVS-İnşaat” MMC-nin özbaşınalıqlarına son qoyulmasın və tikintinin dayandırılmasını tələb edir,bu məqsədlə əvvəllər şikayət etdikləri dövlət qurumları ilə yanaşı, mətbuatdan da kömək istəyirlər. Məsələyə münasibət bildirən “FVS-İnşaat” MMC-nin rəsmiləri isə bildirir ki,onlar bütün tikinti işlərini qanun çərçivəsində həyata keçirirlər və şikayətçilərin iddiası əsassızdır. Tikintinin qanuni və ya qanunsuz aparıldığını aydınlaşdırmaq üçün aidiyyəti qurumlara sorğu verilə bilər. Onu da qeyd edək ki,sözü gedən tikinti şirkətinin əsas sahibi kimi Milli Məclisin deputatı Mahir Aslanovun adı çəkilir. Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |