Əsas Səhifə > Siyasət, Manşet > "Tovuzda atası üçün qolf meydançası düzətdirir..."

"Tovuzda atası üçün qolf meydançası düzətdirir..."


26-01-2017, 08:16
"Tovuzda atası üçün qolf meydançası düzətdirir..."
188 saylı “Az.Karqo .M.M.C” firmasında işləyənlər redaksiyamıza məktub yollayıb

Göndərilən məktubda prezidentdən, daxili işlər nazirindən kömək göstərilməsi xahiş edilib.

Onların sözlərinə görə, firmanın sahibi İsimxan Mustafayevdir: “Şirkətimizin texnikası Çobanzadə küçəsində, 8 km ərazisində yerləşir. Baş ofisimiz isə A.Cəlilov küçəsi 20-də, 15-ci mərtəbədədir. Ayda təkcə ofisə 4500 manat kirayə pulu ödənilir.

Şirkətimizdə 28 yük maşını,38 evukuatorvə 6 TIR tır var.Bundan əlavədə, İsimxan Mustafayevin Tbilisidə 6 maşından ibarət evakuator şirkəti var.

Hər gün Bakı şəhəridə daxil olmaqla, Azərbaycanın müxtəlif rayonlarına, Türkiyəyə və Gürcüstana maşınlarımız işləyir. Gürcüstanda şirkətimizin rəhbəri müdirin yaxın münasibətdə olduğu gürcü qızıdır.

Digər müdir isə Şahin adlı vətəndaşdır.İşə götürülərkən hər işçiyə 350 manat və gəlirin 10 faizi vəd olunub. Həmin pulun demək olar ki, çoxu yalandan cərimələrə tutulur. İşə götürülərkən hərbi bilet tələb olunur. Sonra xidməti VÖEN açılır və 10 günə kimi bağlanır.

Demək olar ki, Dövlət Sosial Müdafiəsi Fonduna pul ödənilmir. Rəhbərlik isə gecə-gündüz yeyib-içməkdədir. İsimxan qardaşı Rəşadla şirkətə şərikdirlər. Rəşad əvvəllər cərimə meydançasında qapıçı işləyib”.

Şikayətçilər qeyd edirlər ki, şirkətə hər gün yeni-yeni işçilər gəlir və çıxır: “Müdür özü dəfələrlə işədüzəltmə bürolarına müraciət etdiyindən orda işləyənlərdə beziblər. İş vaxtı 08-dən 20-dək olmalıdır. Əlavə vaxta görə pul verilmir.

Elə olur ki, gecənin yarısına qədər işləyirsən.Ancaq bir gündə olsa istirahət verilmir. Qanunla ayda 3 dəfə istirahət verilməlidir.

İşçilərin pulu vaxtında verilmədiyinə görə işdən çıxmaq istəyənlərə yalandan cərimələr yazılır.

Buda mümkün olmayanda bildirirlər ki, guya 10 gün qabaqdan yerinə adam tapıb qoymalıydın deyə maşın boş qalıb, şirkətə ziyan dəyib. Beləcə qalan pullarıda çıxırlar.

Şikayətə gələn işçiləri müdür qəbul eləmir. ofisin qarşısından qaytarırlar. Yeni il gecəsi işçilərinə pul verməyən müdür dekabrın 30-da tapşırıb ki, 1000 manat yığıb verin mənə, bayram edəcəm. Nə qalsa yetim payı verin onlara.Ancaq bunuda bizə çox gördü.

Şirkətimizdə 100-ə yaxın işçi var.Bütün maşınlar deyilənlərə görə yoldaşı Sevinc Mustafayevanın adınadır. 5-6 şəxsi maşını var. Honda Akord, Mazda 6, Ranqrover son model və digərləri”.

Şirkətin işçiləri deyirlər ki, dəfələrlə pulumuzu istəsəkdə, onları aldadır: “Deyir ki, narahat olmayın, S.Vurğunərazisində olan H.Əliyev məktəbini Atletlər kəndinə köçürülməsini 150 000 manata danışmışam, pulu alan kimi hamınızın pulunu verəcəm.

2016-cı ilin may-sentyabır ayında məktəbi köçürsəkdə, pulumuzu vermədi.Adını da qoydu ki, guya Təhsil Nazirliyi pulu verməyib.

Ancaq sonradan aydın oldu ki, 9-cu mikrorayonda yerləşən evinin tək mebelinə 50000 manat verib. Biz yenə də pulumuzu tələb etdikdə, dedi ki, lotuyam, gedin kimə istəyirsiniz deyin.

O, bu məsələdə Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun adını hallandırır. Deyir ki, qohumumdur və arxamda dayanıb.

Cənab Zeynalovun adından sui-istifadə edərək bizi hədələyir. Hazırda hər bir sürücünün 2-3 aylıq borcu var”.

Məktubda bildirilir ki, işə qəbul olunanda maşın bir ay depozit saxlanılır: “Hər bir maşını 700-800 manat cəriməsi var.

Bundan əlavə şirkətin qarajında heç bir texniki şərtlərə uyğun iş görülməyib. Həyətdə 2 ədəd iritutumlu yanacaq çəni qoyulub.

Bu çənlər vasitəsi ilə maşınlara mənşəyi məlum olmayan yanacaq satılır. Əslində çənlər yerin altında olmalıdır.

Burda isə torpağın üstünə qoyulub, ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Şirkətdə kim istəyir qarajın yanında siqaret çəkir. Buda hər hansı bir partlayışa səbəb ola bilər.

Cənab Prezident, bizim kimilərin puluna Tovuz rayonunun girəcəyində “Petrotal” yanacaqdoldurma məntəqəsi, restoranı, otel və digər obyektləri var. Tovuzda atası üçün qolf meydançası düzətdirir. Ancaq biz halal pulumuzu ala bilmirik”.
\\regionxeberleri.com\\
Geri qayıt