Əsas Səhifə > Siyasət, Manşet > Lütvəli Babayev rayona nəzarəti itirib?

Lütvəli Babayev rayona nəzarəti itirib?


13-01-2017, 08:15
Lütvəli Babayev rayona nəzarəti itirib?
Zərdabdan həyəcan dolu xəbərlər gəlməkdədir

Rrayon sakinlərinin verdiyi məlumata görə, süni qiymət artımı getməkdədir.

Əhali bir həftə bundan əvvəl unun bir kisəsi üçün müəyyən edilən qiymətin süni şəkildə yerli işbazlar tərəfindən artırılmasından şikayətlənirlər.

Bir həftə öncə 50 kiloqramlıq bir kisə unu 25 manata alırdılarsa, hazırda unun mağazalardakı satış qiyməti 26 manat təşkil edir.

Mağaza sahibləri isə unun qiymətinin onlar tərəfindən deyil, istehsalçı tərəfindən qaldırıldığını, məhsulu aldıqları topdan qiymətdə artım olduğunu deyirlər.

Unun qiymətinin qaldırılması ilə bağlı aidiyyatı qurumlar tərəfindən rəsmi olaraq heç bir açıqlama verilmədiyini nəzərə alsaq, bu zaman qiymət artımının yerli sahibkarlar tərəfindən süni şəkildə aparıldığı məlum olar.

Zərdab rayon sakinləri müvafiq dövlət qurumlarının məsələyə müdaxilə etməsini, yaradılmış bu süni qiymət artımının aradan qaldırılmasını istəyir.

Rayon sakinlərinin verdiyi məlumata görə, paralel olaraq işsizlik artır, maaşlar gecikir, rayon rəhbəri Lütfəli Babayev iş yerlərinin açılması üçün hər hansı iş görmür, dövlət büdcəsi vəsaitləri mənimsənilir.

Bölgələrdə məmur özbaşınalığı, korrupsiya faktları günü-gündən artır. Dövlət başçısının dəfələrlə məmurlara хəbərdarlıq etməsinə baхmayaraq, yerli icra hakimiyyəti orqanları öz əməllərindən əl çəkmir.

Problemlər məngənəsində boğulan rayonlardan biri də Zərdabdır. Lütvəli Babayev icra başçısı olduğu müddətdə yenidəqurma işləri aparılsa da, rayonda sosial-iqtisadi problemlərin sayı azalmayıb. Əksinə daha da artıb. İcra başçısı isə bunun qarşısını almaq məqsədi ilə heç bir addım atmır.

Bu günə qədər yollarını təmiri üçün dövlət və İcra Hakimiyyətinin büdəcəsindən kifayət qədər pul ayrılıb. Lakin ayrılan vəsaitin yolların keyfiyyətli təmirinə qismət olmadı.

Təyinatı üzrə хərclənən cüzi məbləğ hesabına isə bəzi yollarda kosmetik işlər görülüb. Üzdə görülən yollar abadlaşdırılsa da. ara küçələrdə asfalt örtükləri yoxdur.
\\regionxeberleri.com\\
Geri qayıt