Əsas Səhifə > Siyasət, Manşet > Bakı Beynəlxalq Dəniz Ticarət Limanında talanan milyonlar

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında talanan milyonlar


16-12-2016, 08:07
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında talanan milyonlar
Hökümət Taleh Ziyadovun “güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı.
Faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Gülənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə, bir müddət əvvəl Limanda vergi yoxlamalarının aparldığı zaman baş direktor Taleh Ziyadov bir qanunsuzluqları ört-basdır edə bilmək üçün köhnə tarixlə bir neçə daxili əmrin hazırlanmasına göstəriş verib. Vergi işçiləri həmin qanunsuzluğu aşkarlasalar da, bu qanunsuzluğu və saxtakarlığı ört-basdır etməyə qərar veriblər. Faktiki olaraq ört-basdır edilən qanunsuzluqların nəticəsində isə Limanda fəaliyyət göstərən Gülənçi şəbəkə milyonlarla dollar dövlət vəsaitini mənimsəyiblər.
Bu barədə yayılan məlumatlarda bildirilir ki, artıq iki ilə yaxındır bu qanunsuz mənimsəmələr davam etdirilir və dövlət büdcəsinə daxil olacaq milyonlarla dollar mənimsənilir. Şəbəkənin qurduğu sistem isə çox sadədir. Güya ki, Limana daxil olan gəmilərin və yüklərin miqdarını artırmaq məqsədi ilə dəniz daşımalarında liman xərcləri bəzi şirkətlər üçün 50 faiz azaldılıb. Əslində isə həmin şirkətlərlə əlbir olan Liman rəhbərliyi “güzəşt” olunan məbləği şirkətlərin rəhbərləri ilə bölüşür. Və nəticədə büdcəyə daxil olacaq olan milyonlarla dollar vəsait şəxsi ciblərə daxil olur. Bu şirkətlərin bəzisinin adlarına diqqət edək:
1. “Karvan Logistics” şirkəti: 2 il ərzində bu şirkətin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan yüklərindən 1.5 milyon dollara yaxın qanunsuz gəlir əldə edilib. Yəni faktiki olaraq “Karvan Logistics” şirkətinə olunan “güzəştlərə” görə dövlət büdcəsi 1.5 milyon dollar ziyana düşüb. “Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisindən 15000 dollar alınacağı halda, sadəcə 5000 dollar dövlət büdcəsinə ödənilir. “Güzəştə” görə Taleh Ziyadov “Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisinə görə 5000 dollar, paralel olaraq şirkət rəhbəliyi də 5000 dollar qazanıb.
2. “İP Altynyoda” şirkəti: Türkmənistan şirkətidir. Bu şirkət hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir.
3. “Magic Trans FZE” şirkəti: Türkmənistan şirkətidir. Hər gəmi girişinə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir.
4. “Socar Logistics DMCC” şirkəti: 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir.
5. “Cronus Energy AZ” şirkəti: hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir.
Bu şirkətlərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına illik gəmi girişləri yüzlərlə sayda olub və dövlət büdcəsinə hər il milyonlarla dollar ziyan vurulub. Bütün bu işləri isə Taleh Ziyadovun müşavirləri Xudayar Həsənli və Şahin Yusifov həyata keçirir. Taleh Ziyadovun bu iki müşaviri bir qayda olaraq şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə görüşür və onlara “güzəştlərlə” bağlı təklif verilir. Yemək süfrəsi arxasında əldə olunan razılaşma isə sonradan müqafilə ilə rəsmiləşdirilir. Əslində isə bu şirkətlərə hansısa güzəştlərin edilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Çünki bu şirkətlərin bir qayd olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanından istifadə edirlər və Rusiyanın Xəzərdəki limanlarında yükaşırma qiymətləri daha bahalıdır. Digər tərəfdən vaxt və məsafə baxımından yüklərin Rusiya limanlarından aşırılması həmin şirkətlərə iqtisadi baxımdan sərf eləmir. Buna baxmayaraq Taleh Ziyadov Azərbaycan büdcəsinin hesabına bu şirkətlərə 70 faizdən artıq “güzəşt” edir. Yəni faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Güdənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür.
Bundan başqa cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda yer alan məlumatlarda o da bildirilib ki, Taleh Ziyadovun “güzəşt” biznesi yuxarıda adı keçən şirkətlərlə məhdudlaşmır. Bu şirkətlərin sayı həddindən artıq çoxdur və əlaqədar dövlət qurumları yoxlamalar aparasa, bu şirkətləri müəyyən etmək heç də çətin olmayacaq. O zaman Taleh Ziyadovun Azərbaycan büdcəsinə vurduğu əsil ziyan bəlli olacaq.
Redaksiyadan: Büdcə gəlirlərini artırmaq və büdcəyə əlavə 300 milyon manat gətirmək üçün hökümət elektrik enerjisinin və qazın qiymətini qaldırdı. Halbuki hökümət Taleh Ziyadovun “güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı…

Geri qayıt