Əsas Səhifə > Siyasət, Manşet > Netanyahu Eldar Mahmudovun həbs "fərman"ını gətirib

Netanyahu Eldar Mahmudovun həbs "fərman"ını gətirib


14-12-2016, 08:10
Netanyahu Eldar Mahmudovun həbs "fərman"ını gətirib
İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri ilə bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, Netanyahunu müşahidə edən MOSSAD yetkililəri Azərbaycan tərəfinə ləğv edilən MTN-nin sabiq naziri Eldar Mahmudovu ifşa edən ciddi sənədlər təqdim edib.

İsrail kəşfiyyatının hazırladığı sənədlərdə E.Mahmudov komandasının qanunsuz əməllərini ifşa edən ciddi faktlar mövcuddur. Hansı ki, bu faktlar sabiq nazirin şəxsi maraqları naminə dövlətimizin milli maraqlarını zərbə altına qoyduğunu sübut edir.

Mənbənin sözlərinə görə, MOSSAD təmsilçilərinin təqdim etdiyi sənəddə E.Mahmudovun müxtəlif adlarla xarici ölkələrdə gizlənən agentləri ilə bağlı da müfəssəl məlumat mövcuddur. Sənədlərdə “MTN işi”ndən sonra Azərbaycana dönməkdən imtina edən və müxtəlif dövlətlərdən siyasi sığınacaq istəyən “qiyamkar diplomatlar”ların E.Mahmudov komandasının təlimatı əsasında hərəkət etdiyini təsdiqləyən faktlar var ki, bu da sabiq nazirin öz postundan uzaqlaşandan sonra da məkirli niyyətlərindən əl çəkmədiyini təsdiqləyir.

Geri qayıt