Əsas Səhifə > Siyasət, Manşet > Mövlan Şıxəliyev necə qurtula bildi?
Mövlan Şıxəliyev necə qurtula bildi?30-11-2016, 08:37 |
Hər kəsə bəllidir ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olunduqdan və adıçəkilən qurumun bir sıra əməkdaşlarının qaranlıq əməlləri ifşa edildikdən sonra çoxlu sayda MTN əməkdaşı yol verdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Hazırda onların bir çoxu müttəhimlər kürsüsündə əyləşsə də, MTN-nin Baş İstintaq İdarəsinin rəisi general Mövlan Şıxəliyev hələ də azadlıqdadır. Halbuki, əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Mövlan Şıxəliyev digərləri kimi MTN-də dövlətə deyil, özünə, yaxın ətrafına iş qurmaqla, müxtəlif yollara baş vuraraq, əsasən də sahibkarlara, iş adamlarına, müxtəlif vəzifə sahiblərinə hədə-qorxu gəlməklə gəlirlərini artırıb, külli miqdarda sərvətə sahiblənib. Belə ki, Mövlan Şıxəliyevin əsasən tikinti və restoran biznesinə sahib olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, MTN-nin Baş İstintaq İdarəsinin rəisi sözügedən sahələrdən böyük pullar qazanıb: «Deyilənlərə görə, onun hətta ölkə xaricində də böyük biznesi var. Bildirilir ki, MTN-nin Baş İstintaq İdarəsinin rəisinin Almaniya, Türkiyə, Rusiya və Ukraynada bahalı evləri var. Deyilənlərə görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun «sag əli» kimi tanınan Mövlan Şıxəliyev dəbdəbəli həyat sürür. Qeyd olunur ki, onun ölkəmizlə yanaşı, Çexiyada da böyük biznesi var. Deyilənlərə görə, MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin Çexiyanın paytaxtı Praqada bir neçə restoranı var. Eyni zamanda, onun Bakı və Ağsu şəhərlərində iri mağazalar, tikinti şirkətləri də mövcuddur». Bu arada, o da qeyd olunur ki, «Meşəbəyi» restoranlar şəbəkəsi də MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevə məxsusdur: «Bundan başqa, onun Xaçmaz, Nərimanov rayonlarında bahalı villaları, «28 May» metrostansiyasının yaxınlığında mənzilləri var. Onu da nəzərinizə çatdırım ki, Mövlan Şıxəliyev bir müddət əvvəl Xaçmaz Xudat yolunun 20-ci kilometrliyində meşə sahəsini qanunsuz olaraq zəbt edərək, orada restoran tikdirib. Deyilənlərə görə, «Çoban» adlandırılan restoranı Mövlan Şıxəliyev qoruq sahəsi olan 3 hektar ərazidə «yaşıl soyqrım» həyata keçirərək, inşa etdirib. Bildirilir ki, o, bütün bu sərvətin hamısı iş adamlarından, sahibkarlardan, ayrı-ayrı məmurlardan hədə-qorxu, təhdid, şantaj yolu ilə alınan pullar hesabına əldə olunub. Məhz elə buna görə də Mövlan Şıxəliyev mütləq əməllərinə görə qanun qarşısında cavab verməlidir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |