Əsas Səhifə > Siyasət, Manşet > Çovdarovun oğlu bu dəfə jurnalistləri hədəfə aldı
Çovdarovun oğlu bu dəfə jurnalistləri hədəfə aldı24-11-2016, 09:49 |
Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarov öz feysbuq səhifəsində jurnalistlərin ünvanına sərt ifadələr işlədib. Ruslan Çovdarov onun atası barədə tirajlanan məlumatlara görə, bəzi jurnalistləri sifarişli yazı yazmaqda, məntiqsizlikdə, reytinq xatirinə nəyə gəldi getməkdə günahlandırıb. Daha sonra o, atasının işində zərərçəkən kimi qeyd olunan şəxslər barədə öz fikirlərini bölüşüb. Azinforum.az Ruslan Çovdarovun münasibətini olduğu kimi təqdim edir: “Deyirəm , bu jurnalistlər reytinq xatirinə nə oyunlardan çıxırlar? “Pulu çatdırmasan, oğlunu bir daha görməyəcəksən”- Çovdarov biznesmenin oğlunu necə qaçırdı? Görünür ki, müəllifin səviyyəsiz , məntiqsiz məqalələri dərc etməkdə məqsədi yalnız oxucu kutləsini artırmaqdır. Mən həmişə fikirləşirdim ki , belə yazılar sifarişli yazılardır. Bugun də həmin fikirdəyəm ( o öz yerində) , sadəcə son zamanlar belə məntiqsiz məqalələri oxuduqda jurnalistlərin “güclü” fantaziyaya malik olduğunun şahidi oluruq. Özləri kimi zəif düşüncəli , bəzi facebook izləyiciləri də başlığı oxuyub məqalənin içindən xəbəri olmadan şərhlərdə öz fikirlərini bildirirlər. 2-3 nəfət bir otağa yığışıb, 2 kompyuter qoyaraq “redaksiya” yaradır, saytlar bir birinə istinad edərək , məqalələri bir birindən köçürür, sadəcə, başlığı dəyişir. Budurmu jurnalistika? Akif Çovdarovu ictimaiyyətə “qanqster” obrazında göstərən, Hacı Məmmədov səviyyəsinə qaldırmağa can atanlar özləridə çox gozəl bilirlər ki, Akif Çovdarovun ittiham edildiyi epizodlar içərisində nə ölüm işi nə də adam oğurluğu yoxdur. Aşığın sözü bitdikdə “neynim neynim” deyən kimi , bu jurnalistlərdə bir məqaləni başlığı dəişərək o tərəfə bu tərəfə fırladırlar… Nə isə, keçək əsas məsələyə, məqaləyə. Bu məqalədə adları çəkilən ” zərərçəkmişlərin ” hamısının nədənsə ifadələri eynidi , saat 11 də MTN ə aparılıb , 8 saat saxlanılıb , 1 million pul istənib. Görəsən, bu qədər gözəl ssenarini bunlara kim yazıb? Mənə də çox maraqlıdır. İndi gəlin məqalədə adları kəçənlərə nəzər yetirək. “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Oğlu Elton Əliyev uzun müddət Azərbaycanda axtarışda olub, 7 ay öncə Rusiyada həbs edilərək, Azərbaycana ekstradisiya edilib. “AzərTikinti ATF”MMC-nin rəhbəri Azər Quliyev. O da vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. “Real MTK” təsisçisi və rəhbəri İlham Qasımov. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baxılır. Prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında İlham Qasımovun 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Yaxın günlərdə İlham Qasımova hökm oxunacaq. Bunları da Akif Çovdarovmu edib? İstintaqi AR Baş prokurorluğu aparıb, Ağır Cinayətlər Məhkəməsi isə hökm çıxarıb . Sadəcə, bu insanlar vəziyyətdən istifadə edərək özlərini təmizə çıxarmağa çalışırlar. Əsl jurnalistlərdən də xahişim budur ki, yazdığınız və dərc etdiyiniz məqalələri araşdırmasını düzgün aparın . Onda əsl sensasion məqalənin nə olduğunu başa duşərsiz və istədiyiniz reytinq, oxucu kütləsi qazana bilərsiz…” Geri qayıt |