Əsas Səhifə > Siyasət, Manşet > ““Çağ Öyrətim”in rəhbərliyi Gülənin adından məndən pul tələb edirdi”

““Çağ Öyrətim”in rəhbərliyi Gülənin adından məndən pul tələb edirdi”


3-11-2016, 09:35
““Çağ Öyrətim”in rəhbərliyi Gülənin adından məndən pul tələb edirdi”
Azərbaycanda çalışan ünlü türk iş adamı “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ölkəmizə buraxılmaması medianın geniş marağına səbəb olmuşdu. Xatırladaq ki, FETÖ işi ilə bağlı Türkiyədə zərəçəkən qismində məhkəmələrə çıxan iş adamı Gülənin Azərbaycanda güclü dayaqlarının da olduğunu dilə gətirib. Bu çıxışının ardından Azərbaycana gələrkən, sərhəd xidmətindən onun ölkəyə girişinin yasaq olduğu deyilib. Həmin vaxt Gununsesi.info-ya açıqlamasında Hüseyn Büyükfırart “Məni Azərbaycana FETÖ buraxmadı” deyə bəyanat da səsləndirmişdi. O, bu olayın Türkiyə rəhbərliyində narahatlığa səbəb olduğunu da dilə gətirmişdi.
Görünür, məhz bunun nəticəsidir ki, Hüseyn Büyükfırat artıq Azərbaycandadır.
Gununsesi.info-ya eksklüziv müsahibəsində Hüseyn Büyükfırat yaranmış durumla bağlı sualları cavablandırıb.

Hüseyn bəy, əvvala, Sizi Bakıda yenidən görmək çox xoşdu. Nə baş verdi ki, uzun illər Azərbaycanda çalışan bir ünlü iş adamını sonradan ölkəmizə buraxmadılar?
Mən Türkiyədəydim. Həmin vaxt FETÖ işi ilə bağlı məhkəmədə və Türkiyə televiziyalarında çıxışlarım olmuşdu. Çıxışlarımda FETÖ-nun Türkiyə və Azərbaycan üçün nə qədər təhlükəli olduğunu açıq şəkildə söylədim. Sonra Azərbaycana gələrkən, hava limanında məni buraxmadılar. Təbii ki, geriyə döndüm. Sonradan Türkiyənin rəsmi qurumları və Bakıdakı səfirliyimiz məsələyə qarışdı. Onsuz da biz Azərbaycan dövlətinin FETÖ məsələsində Türkiyənin yanında olduğunu bilirdik. Gözlədiyimiz kimi də oldu. Problem həllini tapdı və artıq gördüyünüz kimi Bakıdayam. Mən yerigəlmişkən, Azərbaycan Prezidenti Cənab İlham Əliyev başda olmaqla, dövlətin aidiyyatı orqanlarına təşəkkür edirəm ki, qısa zamanda bu problem həllini tapdı.
Siz, mənimlə telefon danışığınızda “Məni Azərbaycana FETÖ buraxmadı” deyə bir açıqlama da vermişdiniz. Doğrudanmı, Azərbaycanda FETÖ bu qədər güclüdür? Sizi Azərbaycana buraxmayanlar kimlər idi?
Bunu təsbit etmək mənə düşməz. Amma biz bunu bilirik ki, Azərbaycanda və Türkiyədə bu şəbəkə güclü olub. Hələ illər öncə mən bu şəbəkə ilə mübarizə aparmışam. Bu gün onların xain olduğunu çoxları indi görsə də mən bunu hələ illər öncə görüb və deyirdim. Ona görə də bu xainlər hər zaman mənə qarşı kampaniya aparıblar. Hətta Azərbaycan mediasında belə bu kampaniya gedirdi.
Xatırlayıram, Sizi hətta PKK-çı olmaqda belə günahlandırırdılar…
Bəli, bunlar hamısı bu şəbəkənin mənə qarşı fəaliyyətinin bir hissəsi idi. Bir neçə il bəzi Azərbaycan qəzetlərində barəmdə böhtan xarakterli yazılar yazdırılırdı.Amma zaman göstərdi ki, bunlar xain plan idi. FETÖ indiyədək Türkiyədə çoxsaylı vətənsevər insanları günahsız həbsə yollayıb. İki ilə yaxın günahsız yerə cəza çəkən adamlar olub. Hansı ki, bu adamlar FETÖ-nin din məsələlərindəki təhriflərini üzə çıxarmışdı. İsbat etmişdi ki, əslində FETÖ dinimizə də xəyanət edir. Bu gün Türkiyə dövləti bu şəbəkənin tam sıradan çıxması üçün əlindən gələni edir. Mən inanıram ki, müsbət sonluq olacaq.
Türkiyə telekanalına müsahibənizdə demişdiniz ki, Azərbaycanda FETÖ-nun basqısı altında olmusuz, sizdən pul tələbləri olub. Azərbaycanda Sizdən pul tələb edən kimlər idi? Ad çəkə bilərsinizmi?
“Çağ Öyrətim”in rəhbərliyi, konkret olaraq, Ənvər Özərənin adını qeyd edirəm. Bu adam Fətullah Gülənin adıyla məndən pul tələb edirdi. Biz onlara yardım etmədik. Hətta bununla yanaşı Bakıdakı Türkiyədən olan iş adamlarına deyirdim ki, bunlardan uzaq durun, onlar xaindir.
Azərbaycana girişiniz yasaqlananda Bakıdaki biznesinizə hər hansı bir müdaxilələr oldumu?
Xeyr, belə bir halla qarşılaşmadıq. Mən ölkəyə qayıdandan istər rəsmi qurumlardan, istərsə də iş adamlarından “keçmiş olsun” deyə mesajlar aldım. Mən bir daha Azərbaycan prezidentinə və qurumlarına təşəkkür edirəm. Qısa zamanda problem həllini tapdı. Bu gün də işimin başındayam.

““Çağ Öyrətim”in rəhbərliyi Gülənin adından məndən pul tələb edirdi”
““Çağ Öyrətim”in rəhbərliyi Gülənin adından məndən pul tələb edirdi”

Geri qayıt