Əsas Səhifə > Siyasət, Manşet > Gülənin Bakıdakı bu adamı özünü rahat hiss edir...

Gülənin Bakıdakı bu adamı özünü rahat hiss edir...


19-10-2016, 09:10
Gülənin Bakıdakı bu adamı özünü rahat hiss edir...
Son zamanlar paytaxtın Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə yaşanan xoşagəlməz olayların əsas səbəbkarı məhz adıçəkilən təhsil müəssisəsinin direktor əvəzi Umud Babaşovdur. Belə ki, onun liseyə gəldiyi ilk gündən nurçuluğu təbliğ etdiyini, aktiv Fətullah Gülən tərəfdarı olduğunu iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada qeyd olunur ki, Umud Babaşov əvvəllər Mingəçevirdə fəaliyyət göstərən «Çağ öyrətim» liseyində çalışıb. Umud Babaşovun elə həmin dönəmlərdən tələbələrə nurçuluğu aşılağama cəhd göstərdiyini vurğulayan mənbənin sözlərinə görə, «Çağ öyrətim» liseylər şəbəkəsi bağlandıqdan sonra o, paytaxta gəlib və bir müddət sonra Heydər Əliyev adına liseydə işə başlayıb: «Deyilənlərə görə, Umud Babaşov Fətullah Gülən tərəfdarı olduğunu az qala həm əməlində, hər hərəkətində və danışığında biruzə verir. Söz yox ki, qonşu və qardaş Türkiyədə bu ilin iyul ayında yaşanan olaylardan sonra terror təşkilatı kimi özünü təsdiq etmiş FETÖ-çüləri müdafiə edən, nurçuluğun təbliği ilə məşğul olan Umud Babaşov kimilərinə Azərbaycanın gələcəyi olan yeniyetmə və gənclərin təlim-tərbiyyəsini etibar etmək doğru deyil». Nəzərinizə çatdıraq ki, elə bir müddət əvvəl Heydər Əliyev adına liseyin 21 nəfər müəllimi tərəfindən imzalanmış ərizədə bu fikir bir daha öz təsdiqini tapmışdı. Belə ki, ölkə rəhbərliyinə ünvanlanmış və surəti dia-az.site-a təqdim olunmuş həmin ərizədə deyilirdi: «Möhtərəm cənab Prezident! Yazaraq bildirmək istəyirik ki, Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan liseyimiz 12 ildir ki, fəaliyyət göstərir. Liseyimizin açılışında Sizin şəxsən iştirak etməyiniz müəllim əməyinə, zəhmətinə hər zaman göstərdiyiniz diqqət və qayğının daha bir bariz nümunəsidir. Liseyimizdə təhsil alan şagirdlərimizin göstəriciləri daim uğurlu olmuşdur. Lakin, son iki ayda liseydə baş verən dəyişikliklər müəllim kollektivində və şagirdlər arasınada heç də xoş olmayan ciddi narazıqlıqlar yaradaraq, psixoloji mühitin gərginləşməsinə səbəb olmuşdur. Bu gərginliyə əsas verən amil isə «Çağ Öyrətim» liseyinin məzunu olmuş və bir müddət həmin müəssisədə riyaziyyat müəllimi işləmiş Umud Əliş oğlu Babaşovun bizim liseyə müvəqqəti direktor təyin edilməsi və onun yaranmış vəziyyətdən sui-istifadə edərək, burada yol verdiyi çeşidli özbaşınalıqlar və qanun pozuntuları ilə bağlıdır. Nurçuluğu təbliğ edən bu insan öz mənafeyini güdərək, Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan təhsil ocağımızı şəxsi obyektinə çevirməyə cəhd edir. Pedaqoji kollektiv bu hərəkətlərə öz narazıqlıqlarını bildirdikdə isə, onları Təhsil Nazirliyində çalışan Emin Əmrullayev və Fuad Qarayevlə hədələyir». Bu arada, Umud Babaşovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı keçirilən dövlət tədbirində böyük sayğısızlığa yol verdiyini iddia edən məlumatlı şəxs bildirir ki, may ayının 10-da Xətai rayonunda keçirilən bu tədbirdə bir neçə digər iştirakçılarla bərabər, öz fikirləri ilə bölüşmək üçün Umud Babaşova da söz verilmişdi: «Lakin Umud Babaşov, artıq məndən öncə çıxış edənlər hər şeyi dedilər və mən buna heç nə əlavə edə bilmərəm – deyərək, öz çıxışından imtina etmişdi. Təsəvvür edin, Heydər Əliyevin adını daşıyan bir təhsil müəssisəsinə rəhbərlik etmək iddiasında olan bu “pedaqoq”, həmin məktəbdə Fətullah Gülən barədə saatlarla danışmaqdan usanmadığı və utanmadığı halda, Ulu Öndərimizin kitablara sığmayan həyat və fəaliyyətindən bəhs etməyə söz tapmır. Hətta bəhanəsi də bu olur ki, ondan əvvəl çıxış etmiş bir neçə natiq öz çıxışlarında artıq bütün mövcud məlumatları tam əhatə etmişlər. Əlbəttə ki, belə əhval-ruhiyə, belə düşüncə tərzi ilə Umud Babaşovun uşaqlarımıza hansı ideya və dünya görüşünü təlqin etmək niyyətində olmasına dair heç bir şübhə yeri qalmır». Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, mövzu ilə bağlı əldə etdiyimiz informasiyalarda o da qeyd olunur ki, Heydər Əliyev adına liseyin direktor əvəzi Umud Babaşov bu günlərdə Təhsil Nazirliyinin əmri ilə tutduğu vəzifəsindən azad edilib: «Deyilənlərə görə, Umud Babaşov tutduğu vəzifənin ona verdiyi imtiyazlardan sonadək bəhrələnmək üçün bülleten də açıdırıb. Lakin bu tədbir çətin ki, onun istədiyi nəticəni versin. Bununla belə, Heydər Əliyev adına liseydə Umud Babaşovun «hökmranlığı» dövründə yaranmış bütün problemlərin həllindən danışmaq da hələ tezdir. Məsələ bundadır ki, keçmiş direktor əvəzi vaxtında müəyyən addımlar atmaqla, bu gün öz yerini yenə müvəqqəti də olsa, məhz özünün davamçısı olan Natavan Bədəlovaya təhvil verə bilib. Bildirilir ki, Natavan Bədəlova Umud Babaşovun adamı kimi tanındığından onun yolunu davam etdiyəcəyini ehtimal etmək olar». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt