Əsas Səhifə > Siyasət, Manşet > Nazir bu iddialara da üzünü çevirirsə...
Nazir bu iddialara da üzünü çevirirsə...12-10-2016, 08:53 |
Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz dəfələrlə qeyd etmişik ki, məhz təhsil sahəsində baş verən neqativ hallar digər salərlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Nəticə olaraq, hər aşkar olunan belə haldan sonra, vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Rüşvətxorluğa əlləri vərdiş etmiş məmurlar isə, bu kimi əməllərindən heç cür əl çəkə bilmirlər. Daha doğrusu əl çəkmək istəmirlər. O cümlədən artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda İmişli Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Ramiz Əmirovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair bir sıra ittihamlar öz əksini tapmaqdadır. Xatırladaq ki, bir müddət bundan əvvəl qəzetimizin səhifələrində dərc olunmuş tənqidi materiallardan birində Ramiz Əmirovun bəzi maliyyə maxinasiyalarını necə həyata keçirməsinə dair məlumatlar da təqdim olunmuşdu. Həmin yazıda, yerli mənbələrdən aldığımız açıqlamalara istinadən qeyd olunmuşdu ki, RTŞ müdiri rayon məktəblərinə yeni invertarlrın alnması adı altında küllü miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradır. Hətta rayon məktəblərinə catması vacib olan dizel yanacağının alınması üçün ayrlan vəsait belə mənimsənilir. Mənbənin sözlərinə görə, heç bir şeydən çəkinməyən Təhsil şöbəsinin müdiri hətta rayon məktəblərinə ayrılan dərslikləri belə rayon bazarına çıxarıb satdırır. Rayondakı əksər mənbələr israrla bildirirlər ki, Ramiz Əmirov rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir. İmişli RTŞ-nin bərbad fəaliyyətinə dair aldığımız digər bir məlumatda isə göstərilir ki, bu gün rayon üzrə şagirdlərin dərslərə davamiyyəti də xeyli aşağıdır. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərsələrə belə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Şöbə müdiri isə, bütün bunlardan təbii ki, xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır. Bu xüsusda müxtəlif kütləvi informasiya vasitələrində ölkənin Təhsil naziri Mikayıl Cabbarova müraciət edən İmişli sakinləri Ramiz Əmirovun rayon təhsilinə vurduğu ziyanın ölçüyəgəlməz olduğunu vurğulayaraq qeyd edirlər ki, faktiki olaraq, bu gün İmişli məktəblərində savadsız uşaqlar yetişir: “Ramiz Əmirov uzun illərdir təhsil sahəsində çalışır. Bu illər ərzində orta məktəblərə yardımçı olmaq əvəzinə, təhsilin səviyyəsinin daha da aşağı düşməsinə səbəb olub. Belə davam edərsə, yaxın bir-iki ildə İmişlidə savadlı, hətta adını yaza bilən uşaqlar tapmaq mümkün olmayacaq. Ona görə də, cənab nazir, sizdən artıq dərəcədə xahiş edirik ki, bizi Ramiz Əmirovun zülmündən xilas edəsiniz...” Lakin bütün bu müraciətlərə, eləcə də mətbuatda gedən çoxsaylı tənqidi çıxışlara baxmayaraq, Ramiz Əmirov öz dağıdıcı fəaliyyətini bu gün də davam etdirməkdədir. Heç təəccüblü deyil ki, bir müddət əvvəl Hesablama Palatası tərəfindən İmişli RTŞ-də aparılan audit yoxlamasının nəticəsində də bir çox nöqsanlar aşkar olunmuşdur. Belə ki, həmin auditin hesabatında yer almış bəzi müddəalara belə nəzər yetirmək kifayət edər ki, İmişlidə təhsilin həqiqətən bərbad durumda olması faktı öz təsdiqini tapsın. İlk növbədə yoxlama nəticəsində müəyyən edilib ki, Auditin əhatə etdiyi son tam dərs ilində rayonun ümumtəhsil müəssisələrini 1229 şagird bitirib, onlardan 1133 nəfəri buraxılış imtahanında iştirak edib, rayon məzunlarının buraxılış imtahanında topladıqları orta bal respublika üzrə orta göstəricidən aşağı olub. Həmçinin əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq, informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əməkhaqqı ödənilib. Auditin nəticələri mətbuatda ətraflı dərc olunduğuna görə, aşkar olunmuş bütün nöqsanları təkrar xatırlatmağa ehtiyac duymuruq. Bununla belə, qeyd etmək istəyirik ki, Ramiz Əmirovun İmişli RTŞ-yə rəhbərliyi davam etdikcə, bütün bu neqativ halların aradan qaldırılması mümkün olmayacaq. Qarşı tərəfin də münasibətini öyrənə bilərik. Geri qayıt |