Əsas Səhifə > Siyasət, Manşet > Biləsuvar gömrüyündə nələr baş verir?

Biləsuvar gömrüyündə nələr baş verir?


6-10-2016, 08:26
Biləsuvar gömrüyündə nələr baş verir?
Son illər ölkənin gömrük sistemilə bağlı ciddi islahatlara imza atılsa da, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində yaşanan neqativ olaylar bu sahədə əldə olunan uğurlara kölgə salır. Belə ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalığın ən yüksək həddə çatdığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, baş inspektor İlham Ağamalı oğlunun yol verdiyi kobud nöqsanlar səbəbindən adıçəkilən gömrük-keçid məntəqəsindən İrana keçib-qayıdan vətəndaşlar ciddi narazılıq edirlər. Xırda ticarətlə məşğul olan Biləsuvar, Cəlilabad və ətraf rayon, həmçinin paytaxt sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun tətbiq etdiyi «qayda»ların qurbanına çevrildiklərini qeyd edən mənbənin sözlərinə görə, onun əməlləri heç bir qanuna və məntiqə sığmır: «Deyilənlərə görə, baş inspektoru İlham Ağamalı oğlu Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində elə bir qeyri-müəyyən ab-hava yaradıb ki, sanki bura onun və ətrafındakı bir neçə şəxsin özəl obyektidir. Belə ki, o, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsini müvafiq qanunlarla yox, məhz özünün müəyyənləşdirdiyi «qayda»larla idarə etməyə çalışır. Bu səbəbdən də Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalıq baş alıb gedir. Deyilənlərə görə, hazırda adıçəkilən gömrük keçid məntəqəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanlar saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirirlər. Lakin buna baxmayaraq, heç kim Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğluna irad tutmur, onun əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də o, öz bildiyini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışır. Arada evinə ərzaq gətirmək üçün Biləsuvar gömrüyündən keçərək yaxınlıqdakı Xiyaban deyilən yerdəki dükanlardan alış-veriş edən vətəndaşlar normadan artıq heç nə gətirməsələr də İran gömrüyündən sərbəst keçirdikləri halda Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində gömrükçülər mallarını əllərindən alırlar. Deyilənlərə görə, bu kimi əməllər məhz Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun başının altından çıxır. Yəni gömrükçülər onun göstərişilə bu cür addımlara əl atırlar. Nəticədə vətəndaşlarla gömrükçülər arasında mübahisə yaranır. Bir sözlə, hazırda Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində vətəndaşlar incidilir, onlara zülm verir, əlavə problemlərlə üz-üzə qoyurlar. Deyilənlərə görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlu açıq-aşkar, bəzən də üstüötrülü şəkildə vətəndaşlardan «təşəkkür» usur. Nə gətirirsən, deyirlər bu olmaz. Alma olmaz, düyü olmaz, ayna olmaz, kişmiş olmaz». Gundelik-Baku.com olaraq əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun qardaşı Aydın Ağamalı oğlu məhz qardaşının yardımları ilə İrana yüklü miqdarda mal aparır: «Deyilənlərə görə, Aydın Ağamalı oğlunun qonşu ölkə ilə ticarəti zamanı bir sıra müəmmalı, qaranlıq məqamlar cərəyan edir. Bildirilir ki, o, bir müddət öncə elə bu səbəbdən sərhəddə tutulmuşdu. Qeyd olunur ki, həmin vaxt ona məxsus yük avtomobili sərhəddə saxlanılmışdı. Deyilənlərə görə, həmin avtomobildə nəsə müəmmalı maddələr olub. Lakin sonradan müəmmalı şəkildə sərbəst buraxılıb. Onu da qeyd edim ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun digər qardaşı mərhum Xanağa Ağamalı oğlu pis vərdişlərin aludçəsisi olub. İlham Ağamalı oğlunun bacısı Rəfiqə isə falçıdır. Deyilənlərə görə, baş inspektor dara düşən kimi falçı bacısının yardımlarına baş vurur. Belə ki, falçı Rəfiqənin bəzi yüksək çinli məmurlarla, eləcə də onların həyat yoldaşları ilə yaxın münasibətləri olduğu bildirilir. Bundan yararlanan İlham Ağamalı oğlu təhlükə hiss etdiyi an dərhal falçı bacısından həmin məmurlara ağız açmasını istəyir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt