Əsas Səhifə > Siyasət, Manşet > Neftçalanı talamaq uğrunda amansız savaş

Neftçalanı talamaq uğrunda amansız savaş


24-09-2016, 09:54
Neftçalanı talamaq uğrunda amansız savaş
Artıq bir ilə yaxındır ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə yaxın olmaq üstündə yerli idarə müdirləri arasında böyük savaş gedir


Bunun isə çox ciddi səbəbi var.

Rayon “boss”ları dövlət büdcəsindən Neftçalaya ayrılan vəsaitdən, rayonda qeyri-qanuni yığılan aylıqlardan, obyekt tikintiləri üçün ərazilərin satılmasından, iş adamlarının verdikləri haqdan daha böyük pay götürmək uğrunda amansız mübarizə aparırlar.

Savaşın bir tərəfində son zamanlar mətbuatda adı durmadan hallanan, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sağ əli olaraq bilinən və onun adından faktiki olaraq Neftçalanı idarə edən Rafiq İibrahimov, digər tərəfində isə Rafiq İbrahimovun hegemonluğuna qarşı çıxan şəxslər durur. Qeyd edək ki, son zamanlar mətbuatda Rafiq İbrahimovun və ona yaxın olan şəxslərin hətta küçədə dava-dalaş etməsi ilə bağlı xəbərlər mətbuatın diqqət mərkəzindədir.

Bir müddət əvvəl mətbuat Rafiq İbrahimov tərəfindən Neftçala-Gəncə marşurutu ilə işləyən Tofiq adlı sürücünün döyülməsi haqqında məlumat yayılmışdı. Daha əvvəl isə Rafiq İbrahimovun özbaşınalıqlarına qarşı çıxan Neftçala bələdiyyəsinin sədri ilə Kommunal Təsərrüfat İdarəsinin müdiri arasındakı dava-dalaş ölkə mətbuatında geniş işıqlandırılmışdı. Kommunal Təsərrüfat İdarəsinin müdirinin isə məhz Rafiq İbrahimovun tapşırığına əsasən bələdiyyə sədrinə meydan oxumasını Neftçalada hər kəs bilir.

Son olaraq Gunxeber.com-a Neftçaladan daxil olan məlumata görə. neftçalalılar tərəfindən “başçının darğası” ayaması ilə tanınan Rafiq İbrahimovun “Avtoturist” restoranını işlədən Rafiq adlı şəxsi və onun qardaşını döydüyü bildirilir. Mənbə bildirir ki, “Avtoturist” restoranı icra başçısı İsmayıl Vəliyevə aiddir və başçı həmin restoranı işlətmək üçün “Masallı Rafiq” adlı şəxsə tapşırıb.

Qeyd olunur ki, hər gün restoranda yeyib içən İsmayıl Vəliyevlə “Masallı Rafiq”in münasibətlərinin daha da istiləçməsi və icra başçısının digər obyektlərinin də idarəçiliyini “Masallı Rafiq”ə tapşırması Rafiq İbrahimovun xoşuna gəlməyib. Onların arasında gərginlik yaranıb və tərəflər arasındakı mübahisə zamanı isə əvvəl Rafiq İbrahimov “Masallı Rafiq”in qardaşını döyüb. Daha sonra isə mübahisə iki Rafiqin arasında dava-dalaşa çevrilib.

Qeyd edək ki, bir müddət əvvəl Neftçalada abadlıq işləri aparan İsmayıl Vəliyev hazırda bütün işləri yarımçıq saxlayıb. Bunu isə pulun olmaması ilə əlaqələndirib. Neftçaladan gələn məlumatda qeyd olunur ki, abadlıq işlərinə rəhbərlik edən Rafiq İbrahimov isə hazırda rayonun digər gəlirli sahələrini ələ keçirmək istəyir və icra başçısına özündən başqa heç kimi yaxın buraxmamağa çalışır. Bu isə Neftçalanın idarə müdirlərində Rafiq İbrahimova qarşı qıcıq yaradır. Son zamanlar isə vəziyyət tamamilə öz cığırından çıxmaq üzrədir. Belə ki, saat 12-dən sonra başı restoranlarda yeyib-içməyə qarışan icra başçısı ancaq gecə saatlarında restoranlardan çıxır. Faktiki olaraq rayonu idarə edən Rafiq İbrahimovun isə icra başçısının bu durumundan istifadə edərək bütün ipləri öz əlində toplpmağa çalışması, eyni zamanda idarə və təşkilat rəhbərlirinə komanda verməsi rayonda gərginlik yaradır.

Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq.

Geri qayıt