Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Onlara başa salmaq lazım idi...

Onlara başa salmaq lazım idi...


20-09-2016, 17:43
Onlara başa salmaq lazım idi...
DİA.AZ: - Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib. Və bildiyiniz kimi İlham Əliyev biim bu günə kimi bilmədiyimiz bir tonda qonaqları ağırladı.

Ona görə bilmədiyimiz kimi deyirəm ki, dəfələrlə prezident İlham Əliyevin ayrı-ayrı mühüm görüş və tədbirlərdə Azərbaycan dövlətinin maraqlarını sərt formada müdafiəsinin xəbərlərini alsaq da, bu informasiyalar olduqca xəsisliklə cəmiyyətə çatdırıldığından əlimizdə o qədər "dəlil-sübut" olmamışdı. İndi isə İlham Əliyev Avropadan gələnlərə bütün diplomatik çərçivələri bir kənara ataraq çılpaq həqiqətləri GÖSTƏRDİ.

Çünki İlham Əliyev əslində Azərbaycan xalqının iradəsinin ƏN ALİ İFADƏSİ olaraq elə bu günə kimi QƏRB NAĞILLARINDAN CANA DOYMUŞ Azərbaycan xalqının mövqeyini səsləndirmiş oldu. Yəni hansı birimiz orada olsa idik, məhz prezidentin dediyi kimi deyərdik. Amma bu sözlərin PREZİDENTİN DEMƏSİ artıq təkcə xalqın yox, bu xalqı yetərincə səbrlə idarə edən prezidentin də əsəblərinin tarıma çəkilməsinin təzahürü idi.

İlham Əliyev bizdən biridir və o da bizim qədər bu gün Azərbaycana olan ikili - İKİÜZLÜ münasibətlərdən cana doyub.

İlham Əliyev bizdən biridir və onun da bu QƏRB NAĞILLARINA hövsələsi qalmayıb.

Gerçəkdə baş verənlər əgər bizə danışılan nağıllarla daban-dabana ziddirsə, hələ gecdir ki, biz AVROPAYA partlayırıq...

...Bu Avropada yaşayanlar əslində geridəqalmış ŞƏRQ kimi qəbul etdiklərində ilk olaraq Türkiyənin timsalında yanıldılar. Ərəblərin üzərində tətbiq etdikləri ŞƏRƏFSİZ planları qardaş Türkiyədə işə keçmədi və anladılar ki, Türkiyəyə ərəbsayağı yanaşmalarına yanılıblar.

Eləcə də prezident İlham Əliyev qardaş ölkədə baş verənlərin tempində bu gün əslində bəlkə də çoxlarının nəzərindən yayınan bir DİRƏNİŞİ nümayiş etdirdi.

Bəli, bunun adı DİRƏNİŞDİR - MİLLİ İRADƏNİN DİRƏNİŞİ...

İlham Əliyev onların üzünə bir-bir yalanlarını sadaladı. Yəni anlatmaq istədi ki bura hansısa ərəb çöllüyü deyil. Və burada kimlərinsə ərəb sərsəmləmələri keçməyəcək.

Azərbaycan müsəlman ölkəsi ola bilər, amma Azərbaycan ərəb ölkəsi deyil.

Və İlham Əliyev bu gün nümayiş etdirdiyi MİLLİ İRADƏ İFADƏSİ ilə əslində qeyd etdiyimiz həqiqətləri də anlatdı.

Aərbaycan türkü son nəfərinə qədər DÖVLƏTİ NAMİNƏ istənilən təhlükə anında PREZİDENTİNİN ƏSGƏRİDİR!!!

Əgər bu həqiqəti Qərbdə hələ də anlamırlarsa və hələ də bizə hansısa cılız sosial problem, QARIN DAVASI açısından yanaşaraq Azərbaycanda çox ciddi siyasi problemlərin olduğunu iddia edərək, hansısa insan hüquqlarının, demokratiyanın mələkləri kimi görünməyə çalışacaqlarsa... O ZAMAN NƏ YAZIQ ONLARA!!!


...Sonda bizlər bir vətəndaş olaraq prezidentimizə təşəkkür edirik. Bizim millət olaraq namımızı KİŞİ KİMİ ifadə etdiyinə görə...

TƏŞƏKKÜRLƏR, CƏNAB PREZİDENT!

Məhəmməd ƏRSOY - DİA.AZ

Geri qayıt