Əsas Səhifə > Siyasət, Manşet > Tovuzun Konyak qardaşı və icra hakimiyyətinin Paris keyfi
Tovuzun Konyak qardaşı və icra hakimiyyətinin Paris keyfi6-09-2016, 09:02 |
Tovuzun Bayraq meydanını və Heydər Əliyev adına parkı abadlaşdırmağa pul tapmayan Tofiq Zeynalov və Yaşar İbrahimov dövlətin pulları ilə Fransa kef edirlər və “qardaşlaşdıqları” şəhərdə özlərinə villa alırlar. Tovuzla Konyak şəhərinin qardaşlaşmasından il yarım keçməsinə baxmayaraq, Tofiq Zeynalov və Yaşar İbrahimov fransızlara əməlli başlı mehr salıblar. 2014-cü ilin mayında Fransa prezidenti Fransua Odandın Bakjnf rgsmi səfəri zamanı Franısanın Konyak şəhəri ilə Tovuzun qardaşlaşması haqqnıda hər iki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda sənəd imzalanıb. 2015-ci ilin aprelində isə Fransada Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri arasında qardaşlaşmaya dair sazişin qüvvəyə minməsi ilə bağlı sənədin imzalanması mərasimi keçirilib. Mərasimə qatılan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov böyük nümayəndə heyəti ilə Fransaya səfər edib. Və bundan sonra Tofiq Zeynalov Fransanı “su yoluna döndərib”. Məsələ ilə bağlı AzMedia.info-nu məlumatlandıran mənbə bildirir ki, ötən bir il müddətində Tovuz rayon İcra Hakimiyyətinin işçiləri, o cümlədən Tofiq Zeynalova və Tovuz rayon icra nümayəndəsi Yaşar İbrahimova yaxın olan şəxslər baş tutan qardaşlaşmadan sui-istifadə edərək dəflərlə dövlət hesabına Fransaya səfər ediblər. Mənbə bildirir ki, Tofiq Zeynalovun və Yaşar İbrahimovun böyük nümaynədə heyəti ilə “qardaşlaşdıqları” Konyak şəhərinə son səfəri ötən ay, yəni avqust ayında baş tutub. 30-a qədər “nümaynədə heyəti ilə” Fransaya təşrif gətirən Tofiq Zeynalov və Yaşar İbrahimov burda böyük yemək-ismək məclisi qurublar. Təbii ki, dövlətin hesabına. Konyak şəhərindən Fransaının paytaxtı Parisə gələn “nümaynədə heyəti” yenə də dövlət hesabına Eyfel qülləsindən işıl-işıl Paris gecəsini seyr ediblər. Mənbə bildirir ki, Tovuzla Konyak şəhərinin qardaşlaşmasından il yarım keçməsinə baxmayaraq, Tofiq Zeynalov və Yaşar İbrahimov fransızlara əməlli başlı mehr salıblar. Əhətta icra başçısı ilə icra nümayəndəsi Konyak şəhərinin meri Mişel Qurinşasla “qardaşlaşmalarından” istifadə edərək şəhərin mənzərəli yerində qohumlarının adına özlərinə villa da alıblar. Villanı hansı pulla aldıqları barədə Fransada nələr söylədiklərini və bu pulları hansı yolla qazandıqları barədə hansı sənədləri təqdim etdiklərini bilməsək də, bizə məlumdur ki, Tofiq Zeynalov və Yaşar İbrahimov dövlət hesabına Fransa xalqı ilə birlikdə kef elədikləri kimi, villanın pulunu da dövlət hesabına aldığı şübhə doğurmur. Xatırladaq ki, bundan əvvəl AzMedia.info Tovuzun Bayraq meydanının və Heydər Əliyev adına parkın xaraba vəziyyəti ilə bağlı yazılar dərc etmişdi. Aradan uzun müddət keçməsinə baxmayaraq həmin ərazilər hələ də abadlaşdırılmayıb. Yəqin ona görə ki, Tofiq Zeynalov və Yaşar İbrahimov dövlətin pulları ilə Fransa kef edirlər və “qardaşlaşdıqları” şəhərdə özlərinə villa alırlar. Touz rayonundan olan mənbəmiz bildirir ki, Yaşar İbrahimovu Tovuzda hamı Tofiq Zeynalovun sağ əli və “kassası” kimi tanıyır. Yəni Tovuzun “korrupsiya bossu” kimi tanınan Yaşar İbrahimov həm hər gün dövlətin hesabına daha çox varlandırdığı icra başçısının “maliyyə işləri”nə nəzarəti həyata keçirir, həm də özünü varlandırır. Qeyd edək ki, Yaşar İbrahimovun maliyyə fırıldaqları ilə bağlı araşdırma yazımızla yaxın günlərdə tanış olacaqsınız. Aşağıda Tofiq Zeynalov və Yaşar İbrahimovun böyük nümaynədə heyəti ilə” ilə Fransa macəralarından şəkilləri təqdim edirik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |