Əsas Səhifə > Siyasət, Manşet > Xaçmazın icra başçısı yenə də heyrətləndirdi...

Xaçmazın icra başçısı yenə də heyrətləndirdi...

30-08-2016, 09:27
Xaçmazın icra başçısı yenə də heyrətləndirdi...
Xaçmaz rayonunda aidiyyatı qurumların səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından təbiət məhv edilir.

Bu barədə Qlobal.az- a rayondakı mənbə məlumat verib.

Məlumata görə, Xaçmaz rayonunun Nəriman Nərimanov küçəsi boyunca 20-30 illik 50-yə qədər şam ağaclarının dibinə asfalt örtüyü döşənib. İlk baxışdan məsuliyyətsizliyin və başdansovduluğun nəticəsi kimi görünən məsələnin əslində gizli tərəfinin olduğu deyilir. Belə ki, deyilənə görə N. Nərimanov küçəsinin kənarındakı dibləri asfaltlanan şam ağaclarının yerində gələcəkdə təcarət obyektlərinin tikintisi planlaşdırılıb. Məlumatda hətta o da vurğulanır ki, artıq bəzi işbazlar bu yer üçün indidən Xaçmaz RİH-nin "məsul" şəxsləri ilə danışıqlar aparırlar.

Saytımıza verilən digər bir məlumatda isə vurğulanır ki, Xaçmaz- Nərəcan istiqamətində də magistral yolun kənarında son zamanlar "sirrli" hadisələr baş verməkdədir. Belə ki, magistral yolun kənarındakı ağacların gövdəsində əvvəlcə alman faşistlərinin embleminə bənzər işarələr peyda olur. Bir müddətdən sonra isə həmin gövdələri "xaçlı" ağacların yerində qeyri-müəyyən şəxslər tərəfindən şəxsi obyektlər tikilir.

Xaçmaz rayonunun Nəriman Nərimanov küçəsində son fəslini yaşayan dibləri asfaltlanmış ağacların fotolarını təqdim edirik:

Geri qayıt