Əsas Səhifə > Siyasət, Manşet > Qorxmaz Hüseynov sahibkarların qəniminə çevrilib

Qorxmaz Hüseynov sahibkarların qəniminə çevrilib


29-08-2016, 08:44
Qorxmaz Hüseynov sahibkarların qəniminə çevrilib
DİA.AZ: - Göyçay rayonu Natəvan küçəsi ev 7 A mənzil 44 sakini sahibkar Mayılova Minayə Seyidağa qızı DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Ərizədə deyilir:

"Özüm və həyat yoldaşım Yeni Azərbaycan Partiyasının üzvüyük. Göyçay rayonunda yeganə sahibkar qadın mənəm ki, zəhmətimlə qanunu qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub dövlətə vergi verirəm, xeyir gətirirəm. Ancaq dövlət vəsaitini atasının malı kimi göyə sovuran bəzi harın məmurların qanunsuz əməlləri nəticəsində qanunu fəaliyyətimə ciddi maneələr yaradılmışdır.

Belə ki, Göyçay rayonunun Potu kəndi ərazisində yeni inşa etdirdiyim çörək bişirmə zavodunun həyətyanı sahəsi "Azərsu" ASC-tərəfindən zəbt edilmişdir. Göyçay rayon məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi ilə iddiam təmin edilmiş və "Azərsu" ASC tərəfindən zəbt edilmiş qanunu torpağımda inşa edilmiş tikililərin sökülməsi qət edilmişdir.Həmin qətnamədən "Azərsu" ASC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.Həmin məhkəmə qətnaməsinin icrasına "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov təsir göstərib maneəçilik yaradır. Göyçay rayon ərazisində əkin torpağının 1 sotu 2000-3000 manat olduğu halda "Azərsu" ASC zəbt etdiyi 14 sot torpağa görə mənə 2430 manat kompensasiya təklif edir ki, bu qanunsuzluqdur. Necə olur vətəndaşların mülkiyyətindən keçən neft kəmərinə görə 1 sot şoran torpağa görə 2000 manat kompensasiya ödənilir ancaq mənim mülkiyətim məhsuldar olan 14 sot torpağıma görə 2430 manat pul ödənilir.Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur".

Qorxmaz Hüseynov sahibkarların qəniminə çevrilib
Qorxmaz Hüseynov sahibkarların qəniminə çevrilib

Narazı sahibkar daha sonra dia-az.site-a yazır: ""Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov nə konstitusiyanı, nə dövləti nədəki prezidenti saya salmır.Cənab Prezident sahibkarlara daima dəstək olub və əsassız müdaxilələrin qarşısını daima alıb, sahibkarlığın inkişafına dair mütərəqqi sərəncamlar imzalayıb.Çox təssüf olsun "Azərsu" ASC-nin qanunsuz əməllərinə Göyçay rayon İcra Şöbəsinin rəisi İlqar Abdurrəhmanov dəstək verir.Məhkəmə qətnaməsinin icrasını həyata keçirmək istəmir.Qeyd edim ki, həmin su anbarının tikintisi üçün 32000.000 manat pul ayrılmışdı. Göyçayda boş münasib torpaqlar olduğu halda su anbarının vətəndaşların qanunu torpaqlarının üzərində inşa edilməsi cinayətdir ki, bunu vəzifəli şəxslər həmin vaxt həyata keçiriblər". Daha sonra dia-az.site-a daxil olan ərizədə deyilir: "Mən başa düşürəm ki, həmin anbarın sökülməsi mümkün deyil buna görə on minlərlə insan susuz qala bilər ki , mən buna qətiyyən razı olmaram.Ancaq bizim kompensasiyamız nə üçün düzgün ödənilməsin ki ? " Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bizim halal pulumuzu nə üçün mənimsəyir ? Nə üçün həmin vaxt vətəndaşların qanunu torpaqlarında su anbarı tikintisinə icazə vermiş məsul vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilmirlər.Həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və bizim konpensasiyamız onlardan alınıb ödənilməlidir.Qeyd edim ki, həmin su anbarı mənə və digər vətəndaşlara məxsus torpaq sahəsinin üzərində 2008-ci il tarixdə inşa edilib.Bir neçə şəxslərə qarşı qanunsuzluq edilib.

Bütün bu qanunsuzluqlara baxmayaraq ümüdümü üzməmişəm ona görə ki, Azərbaycanın İlham Əliyev kimi sahibkarlara daima dəstək olan ədalətli prezidenti var, Mehriban Əliyeva kimi mərhəmətli birinci xanımı var. Buna görə də mən mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib çox-çox xahiş edirəm məni şəxsən qəbul edib dinləyib yaxından kömək edəsiniz.Mənim əlimdə məhkəmənin qanunu qətnaməsi var kompensasiyamızı mənimsəyən Qorxmaz Hüseynovun barəsində tədbirlər görəsiniz.Mən Sizə inanıram. Allah Sizi qorusun".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt