Əsas Səhifə > Siyasət, Manşet > Gənclər sektorunda gülənçi şəbəkə milyonları necə qazanır?

Gənclər sektorunda gülənçi şəbəkə milyonları necə qazanır?


17-08-2016, 08:55
Gənclər sektorunda gülənçi şəbəkə milyonları necə qazanır?
DİA.AZ: - Redaksiyamıza gənclər sektorunda Fətullaha Gülənə aid olduğu iddia edilən şəbəkə ilə bağlı şok ittihamların yer aldığı material göndərilib. DİA.AZ olaraq həmin materialı olduğu kimi təqdim edirik:

"Mən bir zaman Azərbaycanın gəncləər siyasətində aktiv rol alan gənclərdən biriyəm. Sonradan fəaliyyətimə yaradılan ciddi əngəllər üzündən həyatımı başqa bir ölkədə qurmalı oldum. Çünki mən Azərbaycanda gənclər siyasəti adı altında milyonlarla manatın göyə sovrulmasına və istedadlı gənclərin məhv edilməsinə etiraz etmişdim.

Bu məktubu Sizə ona görə yazıram ki, üstündən illər keçir, ancaq Azərbaycanda gənclər siyasətində heç nə dəyiçmir. Yenə də gənclər siyasəti adı altında milyonlarla manat göyə sovrulur və gənclər məhv edilir. Gənclər sektorumuz Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin və onun dəstəsinin əsarətində qalıb. Onun “olar” demədiyi, xoşun gəlmədiyi kimsə nəinki bu sahədə uğur qazana bilər, hətta ölkədən didərgin salınar. Bu gün ölkənin bütün gənclər qurumlarında onun əmrlərini icra edən şəxslər təmsil olunur.

Məsələn, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun İcraçı direktor Fərhad Hacıyev-Uzun müddət Gənclər və İdman nazirliyində İ. Babayevin kurasiyasında çalışıb. Hazırda da onun əmrlərinin icraçısıdır.

Müşahidə Şurasının üzvü- Nurəddin Mehdiyev İntiqam Babayevin Dostu və tələbə yoldaşı(yaşı 40 keçməsinə rəğmən gənclər sektorundadır)

Müşahidə Şurasının üzvü- Şahin Seyidzadə- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədrliyinə saxta seçkilərlə İ.Babayevin tapşırığı ilə gəlib. Və Babayevin təzyiqi ilə müşahidə şurasına seçilib. Hazırda təhsil nazirliyinin Sabah qruplarının rəhbəridir.

Müşahidə Şurasının üzvü-Şahin İsmayılov-Deputat, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədridir. Birbaşa İntiqam Babayevin dəstəyi ilə bu mərhələyə çatıb. Bir neçə seçki keçirilməsi və yaşının çoxliğuna baxmayaraq, Tələbə Gənclər Təşkilatları İttifaqının sədrliyindən getmir.

Seymur Hüseynov- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni sədridir. İntiqam Babyev Milli Şuranı ıldən verməmək üçün Ş.Seyidzadədən sonra onu QHT-lərə təzyiq etməklə seçdirdi.

Şahin İsmayılov və Seymur Hüseynov Fətullah Gülənılə əlaqələrinə görə işdən qovlulan PA-nın köhnə şöbə müdiri Elnur Aslanovun da yaxın kadrları olular. İnternetdə qısa bir araşdırma bəsdir ki, onların Aslanovun layihələrində aparıcı yerlərdə xəbər və fotolarına şahidlik edəsiniz.

Təsadüfi deyil ki, mətbuat Gənclər və İdman nazirinin müavini İntiqam Babayevi Azərbaycanın ilk Fıətullahçılarından biri kimi dəyərləndirir.

Qeyd edək ki, İntiqam Babayev Şahin İsmayilovu Azərbaycan Prezidenti yanında QHT Şurasının da üzvlüyünə təyin etdirib.

Ümumiyyətlə, bugün gənclər sektorunda öz zəhməti, istedadı hesabına önə çıxan kimsəyə rast gəlmək mümkün deyil. Bu sahədə təsadüfi heç kim yoxdur. Məsələn, “İrəli” İctimai Birliyinin sədri, İTV-nin yayım Şurasının üzvü təyin edilən Mirhəsən Seyidov deputat Fuad Muradovun kadrıdır. Fuad Muradovun isə İntiqam Babeyin kadrı olduğu şübhə doğurmur.

Bir neçə ildən bir Prezidentlə görüşlərə salınan gənclərdən bir neçəsi istisna olmaqla, digərləi bu sahədə kimsənin tanımadığı və hər hansı zəhməti olmayan şəxslərdir. Onların hamısı İ.Babayevin yaxın ətrafında daxil olan şəxslərdir.

Prezident üçün Gənclər Mükafatına layiq görülən gəncləin 90 faizini ictimaiyyət adlarını ilk dəfə tədbirlərdə eşidir. Onları araşdırmaq üçün Google yetərlidir.

Sizə bu məktubu yazarkən qısa bir araşdırma apardım. Bəlli oldu ki, 1 il ərzində İ.Babayevin nəzarətində olan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası, Gənclər Təşkilatları Milli Şurası, İrəli İctimai Birliyinə üst-üstə düz 500 MİN manat vəsait ayrılıb.

Gənclər və İdman Nazirliyi ictimaiyyətdən gizli qrant müsbaiqələri keçirib, gizli açıqlamaqla hər dəfəsində özünə aid olan təçkilatlara pul paylayır. Sonra dövlətin bu vəsaitləri nazirliklə həmin QHT-lər arasımda bölünür.

Gənclər Fondu da bu sahənin başbilənləıri üçün əsl biznesə çevrilib. İ.Babayev və onun dəstəsinə aid şəxslər indi dövlət büdcəsini təkcə təşkilatlar vasitəsilə deyil, fərdi şəxslər vasitəsilə də talan edirlər. Hər müsabiqədə fərdi layihələrin qalibi olanların ən azı yarısı bu dəstəyə aid şəxslərin dost-tanışı, qohum əqrəbası olur.

Məsələn, Gənclər Fondunun son qrant müsabiqəsində bu qrupa aid şəxslər- 27.300, Əkrəm Abdullayevə 25.600, Şahin Seyidzadəyə 17.200, Nurəddin Mehdiyevə 17.400, Mirhəsən Seyidova 17.600 manat pul ayrılıb.

Qısa desək, Azərbaycanda gənclər siyasəti altında büdcə pulları göyə sovrulur, istedadlı, dövlətə sadiq gənclər məhv edilir. Bugun heç bir mühüm postda istedadlı, yeni gənc görmək mümkün deyil. Bütün postlara yalnız bu qrupa aid şəxslər təyin edilməklə dövlətə və Prezidentə xəyanət edilir.

Bir müddət əvvəl ölkədən və dünyada yaşan azərbaycanlı gənclərin müraciəti, şikayətləri əsas götürülərək, Prezident Adminstrasiyasında bu işlərə nəzarət etmək üçün gənclər təşkilatları sektoru yaradılsa da bu heç nəyi dəyişmədi. Gənclər sektorundakı mafiya yenə öz kadrlarını yerləşdirməkdə, istedadlı gənclərin səsi batırılmaqdadır.

Bugün ölkə gəncləri, xaricdə yaşayan gənclər problemlər içində boğulur və sözünü deməyə ünvan tapmır. Əvəzində isə bu .şəxslər Prezidentə və dövlətə xəyanət etməklə, yüzminlər qazanırlar.

Gəncliyimizin bu bəladan qurtulması üçün Sizlərin dəstəyi zəruridir!"

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt