Əsas Səhifə > Siyasət, Manşet > Hacıbala Abutalıbov gördüklərini reklam edə bilmir?

Hacıbala Abutalıbov gördüklərini reklam edə bilmir?


3-08-2016, 09:04
Hacıbala Abutalıbov gördüklərini reklam edə bilmir?
Zövqsüz reklamların, əcnəbi dillərdə adamı "salamlayan" ofis və satış mərkəzlərinin çoxluğunda paytaxtımızın milli xarakteri deyəsən az da olsa, dəyişib. Bu yurdun baş şəhərini özgə, yad bir məkana çevirən gör nə qədər mənasız, biabırçı və insan mənəviyyatını aşağılayan reklam var onun küçələrində. Ən dəhşətlisi odur ki, paytaxtın icra strukturları bu biabırçılıqlardan zərrəcə narahatlıq hissi keçirmir. Bunun günahını ayrı-ayrı sahibkarların, lap reklam yerləşdirən şirkət və təşkilatlların üzərinə atmağa isə həmişə fürsət olub. Lakin, bizim hamımızı narahat edən bu suallarla Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi adlı quruma müraciət etmək haqqımız var. Hacıbala Abutalıbovun rəhbərliyindəki paytaxt meriyasının rəsmiləri hələ ki, bu hüququ əlimizdən ala biləcək qədər səlahiyyətli deyillər. Məlumat üçün bildrək ki, dövlətin məvacibndə oturmuş bu qurumun əsas vəzifəsi paytaxtımızda küçə reklamlarının yerləşdirilməsinə nəzarət etmək, icazə verməkdir. İcazənin sahibkarlıq subyektlərinə hansı mənəvi və naddi əziyyətlər bahasına başa gəlməsindən danışmaq artıqdır. Hər halda, sahibkarlar küçə reklamlarını yerləşdirmək üçün heç də "semiçka" pulu ödəmir. Bu ödəniş əslində nəzərdə tutulan normanı qat-qat üstələyərək qeyri-rəsmi şəkil alır. Başqa sözlə desək, gərəkən haqqını nazil edib istədiyin reklamı istədiyin dildə istədiyin forma və məzmunda yerləşdirə bilərsən. Buna görə səni heç kəsə sınağa çəkməyəcək. Haqqın qədərini bilənlər üçün bu olduqca rahat yoldur. Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin qarşısına qoyulmuş vəzifələrin siyahısına baxanda digər vəzifələrlə bahəm göstərilir ki, İdarə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər vəzifələri icra edir və qanunvericilikdə nəzərdə tutlmuş digər işləri yerinə yetirir. Sözügedən qanunun 6-cı maddəsinin 8-ci bəndində qeyd olunur ki, "Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin bu istisnaların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Bu qaydalara əməl edilməyincə, belə qənaətə gəlmək olar ki, “Reklam haqqında” Qanunun əsas tələblərinə paytaxtımızda nəinki riayət olunmur, hətta sahibkarlıq subyektlərinin fasadında yerləşdirilmiş reklam lövhələrinə görə maxinasiyalara yol verilir. BŞİH-nin Reklam və İnformasiya İdarəsinin rəhbərliyi bu ittihamlara necə və hansı dildə cavab verəcək, bax bu maraqlıdır...

Geri qayıt