Əsas Səhifə > Siyasət, Manşet > "Leyla Şıxlınskaya dəfələrlə ona basqılar edib..."
"Leyla Şıxlınskaya dəfələrlə ona basqılar edib..."19-07-2016, 09:16 |
Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Dasayev Rauf Rifat oğlu “Leyla Şıxlinskayanın klinikası”nda çalışmış həyat yoldaşı Şəhla Abbasovanın əmək hüquqlarının pozulması, L.Şıxlinskayanın təsiri ilə ona saxta cinayət işinin açılması ilə bağlı ölkə başçısına müraciət edib. Gununsesi.info-nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciətinin məqsədi ailəsini Leyla Şıxlınskayanın şərindən qorumaqdan ibarətdir. Müraciətdə qeyd edilir ki, peşəkar mühasib Abbasova Şəhla Sabir qızı 2001-ci ildən 2013-cü ilədək “NordStar” şirkətinin nəznində olan “Leyla Şıxlınskayanın klinikası”nda işləyib. O, 2011-ci ilin avqustundan başlayaraq klinikada baş mühasib vəzifəsində çalışıb. Klinikanın rəhbəri Leyla Şıxlınskaya dəfələrlə ona basqılar edib, nəticədə Ş.Abbasova işdən ayrılmağa qərar verib. Ancaq dəfələrlə müraciət etməsinə baxmayaraq Leyla Şıxlınskaya onun ərizəsini qəbul etməyib. Həmin vaxt Ş.Abbasobva ilə birgə 30-a qədər işçi də klinikanı tərk etmək üçün müraciət edib. Bu kontekstdə Leyla Şıxlınskaya ilə Ş.Abbasova arasında münasibətlər pozulub. L.Şıxlınskaya yaxın münasibətdə olduğu “M-J accuracy Consulting” MMC vasitəsilə klinikanı yoxlatdırıb. Yoxlama nəticəsində tərtib edilmiş saxta rəydə klinikada 797.000 manat yeyinti olduğu “müəyyən edilib”. Müraciətdə deyilir ki, “halbuki, klinikanın vergi hesabatlarından görünür ki, 2011-ci ilin avqust ayından 2013-cü ilin oktyabr ayına kimi klinikanın ümumi gəliri 700.000 manatdan az olub. Bundan sonra L.Şıxlinskaya DİN-nin BMCM İdarəsinə yazılı şikayət ərizəsi verərək Ş.Abbasovanın ətrafına orada işləyən şəxsləri yığaraq 797.000 manat məbləğində pulu kassadan mənimsədiyini iddia edib. yib. Halbuki, Ş.Abbasovanın pula çatım imkanı olmayıb. Pulu kassa qəbul edib. Hansı ki, həmin kassa birbaşa Leyla Şıxlınskayanın qohumudur, birbaşa ona tabedir. Ş.Abbasova yalnız ona təqdim edilən sənədlər əsasında klinikanın vergilərini, işçilərin əmək haqqlarını hesablayıb”. Müraciətdə bildirilir ki, “M-J Accuracy Consulting” MMC-nin audit aktı həqiqəti əks etdirməyib. Həmin aktda göstərilən, istinad edilən məbləğ və rəqəmlərdə lisenziyalı Günəş proqramı əsasında aparılmış şəffaf mühasibatlığa deyil, “qara mühasibatlığın” məlumatlarına istinad edilib. Bu fakt istintaq materiallarında da öz təsdiqini tapıb, Auditorlar Palatasının Keyfiyyətə Nəzarət Komitəsinin 16 aprel 2014-cü il tarixli qərarı ilə etibarsız hesab edilib. Ancaq bundan sonra Leyla Şıxlınskayanın qanunsuz təsirləri nəticəsində DİN BMCMİ-nin sifarişi əsasında yenidən qanunsuz akt tərtib edilib və Auditorlar Palatasının aktı da etibrasız hesab edilib. Bunun ardınca iş Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi Nazim Rəşidova verilib. Müraciətdə bildirilir ki, N. Rəşidov Leyla Şıxlınskayanın bu iftirasına son qoymaq əvəzinə Leyla Şıxlınskayanın qanunsuz sifarişlərini icra edir. Yeni tərtib olunmuş rəydə mənimsənilən məbləği 1.400.000 manat göstəriblər. İstintaq Ş.Abbasovaya tövsiyyə edir ki, Leyla Şıxlınskaya ilə barışsın. Qanunsuz tərtib edilən rəy də Ş.Abbasovaya elan edilmir ki, ondan şikayət etsin. Müraciətdə L. Şıxlınskayanın sifarişi, təyziqi ilə başlanan və davam etdirilən cinayət işinə xitam verilməsinə kömək göstərilməsi istənilir. \\gununsesi.info\\ Geri qayıt |